“Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

img

01-06-2019 [13:07]


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) keçirdiyi "Təhlükəsiz qida uşaqların gözü ilə” rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

"Report" xəbərinə görə, AQTA sədri Qoşqar Təhməzli deyib ki, müsabiqənin keçirilməsində məqsəd məktəblilərin qida təhlükəsizliyi sahəsində biliklərini artırmaq, onların diqqətini qida təhlükəsizliyi mövzusuna cəlb etmək olub.

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva qeyd edib ki, həm paytaxt, həm də digər regionlardan müsabiqəyə rəsm əsərləri təqdim olunub.

Müsabiqəyə 2000-dən çox əl işi təqdim edilib.

Rəsm əsərlərində məktəblilər sağlam qidalanma, enerji içkilərinin zərərləri, süd və süd məhsullarının faydaları, qida zəhərlənmələri kimi mövzulara daha çox diqqət ayırıblar.

Qaliblər "1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü" təşkil olunacaq sərgidə elan edilib, müxtəlif qiymətli hədiyyələr, sertifikat və həvəsləndirici mükafatlar təqdim edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:33 22.09.2025

Tələbə bıçaqlanıb

13:24 22.09.2025

Qəzzada itkilər artıb

12:31 22.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA