Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın İşçi Qrupun ilk iclası keçirilib

img

30-05-2019 [18:27]


Bu gün tarixində Azərbaycan Respublikası Dövlət Neft Fondunda 2018-ci il Hasilat Sənayesində Şəffaflıq (HSŞ) Hesabatının hazırlanması məqsədi ilə Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın üzvləri, vətəndaş cəmiyyəti və ölkədə fəaliyyət göstərən hasilat şirkətlərinin nümayəndələrindən təşkil edilmiş İşçi Qrupun ilk iclası keçirilib.

Fonddan Mia.az-a verilən məlumata görə, iclas zamanı İşçi Qrup üzvləri 2018-ci il üzrə HSŞ Hesabatını və onun əhatə dairəsini, hesabatlılıq formalarını ətraflı müzakirə edib.

İclasda 2018-ci il üzrə hesabatının hazırlanması prosesinə start verilib, hesabatlılığın genişləndirilməsi məqsədilə gender bərabərliyi üzrə məlumatları əhatə edən müddəanın hesabat formasına əlavə edilməsi qərara alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR