İtkin jurnalistin 13 gün sonra meyiti tapıldı

img

23-05-2019 [16:41]


Qar uçqunu altında qalaraq itkin düşən Türkiyənin Anadolu agentliyinin əməkdaşı Abdülkadir Nişancının cəsədi tapılıb.

Mia.az Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, cəsəd Trabzonun Çaykara rayonun ərazisində yerləşən "Drəbaşı HES” gölməkçəsində tapılıb.

Qeyd edək ki, Abdülkadir Nişancı Bayburt ilə Trabzon arasında yerləşən Soğanlı Dağındakı yolun qardan təmizlənmə işləri aparılan Derebaşı Virajları bölgəsində çəkiliş apararkən mayın 10-da uçuruma yuvarlanmışdı. Onun axtarışında iştirak edən iki əsgər isə boğularaq ölüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA