"Eurovision-2019"da səslər yenidən sayıldı - Azərbaycan 8-ci yerə düşüb

img

23-05-2019 [09:32]


İsrailin Tel-Əviv şəhərində keçirilən "Eurovision-2019" beynəlxalq mahnı müsabiqəsinin təşkilatçıları tamaşaçı səslərinin nəticələrini yenidən hesablayıblar.

Bu barədə Avropa Yayım Birliyi (EBC) bəyanat yayıb.

Bildirilir ki, bəzi xallar düzgün hesablanmayıb. Səslərin hesablanmasında insan səhvi olub ki, bu da qeyri-dəqiq orta nəticəyə gətirib çıxarıb.

Səslərin yenidən hesablanması nəticəsində ilk üçlükdə dəyişiklik baş verməyib. Əvəzində beş və altıncı yerləri tutan Norveç və İsveç ifaçıları yerlərini dəyişiblər, həmçinin Şimali Makedoniya 7-ci yeri tutan Azərbaycanı, Belarus isə Almaniyanı geridə qoyub/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR