16-05-2019 [00:21]
Qoç - günün ilk yarısında qeyri-adi işin, rutin olmayan tapşırığın öhdəsindən gəlmək olar. Yorulmadan çalışa bilərsiniz. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün mümkün qədər fəal olun. Ciddi məsələni qeyri-formal şəraitdə müzakirə etmək mümkündür. Avanqard, novator olun.
Günün ikinci yarısında fəaliyyət müstəvinizi genişləndirin. Yeni biznes-layihəyə başlamaq olar. Köhnə dostlar və həmfikirlərin yardımları istisna deyil.
Savadsız, bacarıqsız insanların "məsləhət"lərinə qulaq asmayın.
Buğa - rahatlıq, istirahət, əyləncə barədə fikirləri təxirə salın. Gəlirləri artırmaq şansları yaranır. Tələbatlar da çoxalır. Aktiv və enerjili olsanız, məqsədə daha tez çatacaqsınız. Tənbəllik etməyin.
Günün ikinci yarısında eyni vaxtda bir neçə işlə məşğul olmayın. Ailə üzvləri qarşısında məsuliyyət daşıdığınızı unutmayın. Sifarişi vaxtında yerinə yetirin, tapşırığı unutamyın.
Axşam saatlarına yaxın gərginlik artacaq. Şəxsi maraqlarınızı bir müddətə unudun.
Əkizlər - öhdəliklər və vədləri yerinə yetirmək zamanıdır. Bunu etməsəniz, kəskin mübahisə yarana bilər. Formallıqdan uzaq durun, sərbəst və azad qrafiklə çalışın.
Ünsiyyətdə səmimi olun. Dəyər verdiyiniz insanların qayğısına qalın.
Günün ikinci yarısında bütün enerjinizi işə sərf edin. Kollektiv tədbirlər üçün münasib zamandır. Dünyagörüşünüzü artıra biləcək nə varsa, xeyirdir. Novatorların ideyaları ilə tanış olun. Layihələriniz barədə həmfikir olduğunuz insanlara da danışa bilərsiniz.
Xərçəng - ənənəvi fəaliyyət metodları ilə artıq öyrəşdiyiniz vasitələrin effektivliyi azala bilər. Yaxın ətrafınızdakı insanların əhvalından xəbərdar olun.
Maddi imkanlarınız yol verərsə, yeni layihəyə başlaya bilərsiniz.
Günün ikinci yarısında xərclər artacaq. Korporativ maraqlar şəxsi istəkləri üstələyəcək və bununla barışmalı olacaqsınız. Gəlirlərin artırılması üçün innovasiyalara, yeniliklərə ehtiyacınız var. Fərdi potensialınızı göstərin. Təşəbbüskar olsanız, işdə rəhbərlik bunu dəyərləndirəcək.
Şir - çox yaxşı və xoş keçirə biləcəyiniz əla gündür. Çətin işdən qorxmayın. Bu gün istənilən məsələni həll etmək gücündəsiniz. Gün yaradıcı insanlar - musiqiçilər rəssam və yazıçılarla ünsiyyət üçün münasibdir. Onlardan biri sizi də şah əsər yaratmağa ruhlandıra bilər.
Sizə əziz olan insanları sevindirməyin yolunu tapacaq, yaxınlarınıza hədiyyələr və xoş sürprizlərlə sevinc bəxş edəcəksiniz. Əhəmiyyətli xərclər mümkündür. Lakin buna görə təəssüflənməyəcəksiniz.
Qız - gərgin, amma maraqlı gün olacaq. İşlərin çox olması sizi qorxutmasın. Ruhdan düşməyin. Dəf edilməsi mümkünsüz sədd və ya maneə yoxdur. Əməyinizin nəticələrində maraqlı olun.
Həvəs və istəklə fəaliyyət göstərin.
Günün ikinci yarısında təcrübənizi artırın, faydalı biliklər və informasiya əldə edin. Bacarıqlarınızdan danışmaqdan çəkinməyin. Fərdi aktivliyi kollektiv əməklə uzlaşdırın. Texnika, elektronika, biliklərin qeyri-ənənəvi sahələri ilə bağlı olan məqamlar aktuallaşacaq. Eksperimentlərdən, innovasiyalı metodlardan qorxmayın.
Axşam saatlarında gəzintiyə çıxın.
Tərəzi - nə istədiyinizə qərar vermədən heç nəyə nail ola bilməyəcəksiniz. Tərslikdən, öz arzularınızı müəyyənləşdirmək olduqca çətindir.
Yaşlı nəslin nümayəndələri ilə mübahisələr mümkündür. Nüfuzlu şəxslərlə münaqişələr də istisna deyil. İndi siz əminsiniz ki, onların köməyi və dəstəyi olmadan da keçinə bilərsiniz. Amma bir qədər sonra hədsiz lovğalığa görə özünüzü məzəmmət edəcəksiniz. Günün ikinci yarısında qida və dərman zəhərlənmələri mümkündür. Ehtiyatlı olun!
Əqrəb - gəlirlər və ümumiyyətlə, maddi məsələlər tərəfdaş, yaxud şəriklə mübahisələr yarada bilər. Hər məqamda şəxsi rəğbət və ya fərdi üstünlük amillərinə əsaslanmayın. Situasiyanı tələsmədən, soyuqqanlı şəkildə təhlil edin.
Günün ikinci yarısında yeni texnika, unikal metoddan istifadə gözləntilərinizin reallaşma sürəyini qısalda bilər. Mütəxəssislərlə məsləhətləşməkdən çəkinməyin. Tənbəllik, süstlük, pərişanlıq zamanı deyil.
Tapşırıq və ya sifarişi vaxtında yerinə yetirmək üçün əlinizdən gələni edin.
Oxatan - ən yaşı məziyyətlərinizi nümayiş etdirin, aqressiv və sərt olmayın. Əvvəlki uğurlarınızdan istifadə edərək yeni mərhələyə keçidlə bağlı çətinlikləri mümkün qədər azaldın. Lazımi informasiyanın axtarışı, təsir çevrəsinin genişləndirilməsi, prioritetlərin yenidən müəyyənləşdirilməsi üçün əlverişli zamandır.
Günün ikinci yarısında hadisələrə təsir imkanlarına malik insanla tanışlıq işinizə yarayacaq. Normal məsləhətləri qulaqardına vurmayın. Yaşlı qohumların dediklərinə qulaq asın.
Ailə üzvləri ilə səmimi olun.
Oğlaq - maddi çətinliklərin və problemlərin sayı artır. Gəlirlərin həcmi və maddi rifah durumunuz sizi təmin etmirsə, pul əldə etməyin yeni yollarını arayın. Gəlirlərlə xərclər arasındakı balansı qoruyun.
Günün ikinci yarısında yeni layihəyə başlasanız, ilk əvvəl məsrəflər olacaq. Yaradıcılıq, ideyalar və təkliflər yeni gəlir mənbəsinin aşkarlanmasına səbəbdir. Bilikləriniz və bacarıqlarınızdan irəliləyiş üçün istifadə edin.
Pulun hər şeyi həll etmədiyini unutmayın.
Dolça - günün ilk yarısında işlərə enerji ilə başlayın, aktiv olun. Əsas məsələni qoyub xırda məqamların həllinə izafi diqqət ayırmayın. Sizi maraqlandıran işlə məşğul ola bilərsiniz. Yaxın ətrafınızdakı insanlarla fəal əməkdaşlıq edin.
Kollektiv fəaliyyətdə tərəfdaş və ya dəyər verdiyiniz insanlara qarşı çıxmayın. Ümumi idealı, maraqları nəzərə alın.
Günün ikinci yarısında konkret maddi stimulun peyda olması nəticəsində rəqabət mübarizəsi kəskinləşə bilər. İmtiyazlarla vədlərə və təkliflərə aldanmayın.
Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün gərəkli bildiyiniz vasitələrdən istifadə edin.
Balıqlar - inadla və qətiyyətlə çalışsanız, fəaliyyətiniz yaxş nəticələr verə bilər. Situasiyadakı dəyişiklikləri intuitiv olaraq hiss edin. Fərqlərə bilavasitə dəlalət edən anlar və ya məqamlar zəif olsa belə, diqqətli davranın.
Günün ikinci yarısında yaranan imkanlardan, şanslardan maksimum dərəcədə istifadə edin. İşdə rəhbərliklə mübahisə etməyin. Bilik və bacarıqlarınızın nümayişindən çəkinməyin.
Maaş və ya gəlirlərin artırılması barədə düşünə bilərsiniz. Zəiflik etməyin, mövqelərinizdən əsla geri çəkilməyin. Yeni, modern vasitələrlə metodlardan istifadə etməyə çalışın. Yalnız belə olarsa, rəqibləri üstələyərək peşəkarlığınızı artıra bilərsiniz (Milli.az).
Sumqayıtda qaziləri aldadan şəxs qandallandı
"Sədərək"in sahibinin oğlunun evində nə baş verib? - 803 minlik qalmaqalla bağlı yeni xəbər var
Aygün Bəylərin bacısı: “Ləmanın üzr videosunu mənə göndərdilər” - "Bu cür insanlara baş qoşmuruq"
İlham Əliyev Bolqarıstan Prezidenti birgə bəyanat verdi, yeni sənədlər imzalandı - FOTOLAR (Yenilənib)
Azərbaycanla Türkiyə arasında bir sıra sənədlər imzalanıb - SİYAHI
“Müsavat Partiyası heç vaxt hakimiyyətlə..." - İsa Qəmbər iqtidarla gizli mandat bazarlığına gedib?
Azərbaycan Premyer Liqası: növbəti turun təqvimi açıqlanıb
Prezident İlham Əliyev sərəncam imzalayıb - TƏLTİF
TƏBİB-in hüquq departamentinin rəhbəri təyin edilib
Bolqarıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
Şəhid Habil İsmayılov Lənkəranda dəfn olunub
Yağışlı hava davam edəcək - Xəbərdarlıq
Türkiyə META-nı cərimələdi - 1,2 milyard
25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
Qadın qılığında ölkədən qaçmaq istəyən şəxs saxlanılıb - FOTO
Ramiz Mehdiyevə gizli məktubu üzə çıxan sabiq deputat: "Biz bu şantajçıları çoxdan udmuşuq"
Paşinyan Moskvaya gedib - Putinlə görüş olacaq
Baham adaları Fələstini dövlət kimi tanıyıb - Bəyanat
"Əvvəllər deputat olmaq fikrim var idi, indi yoxdur" - Rasim Balayev
Prokurorluq protest verdi, Ali Məhkəımə rədd elədi - General və sabiq rəislərin cinayət işi üzrə daha bir qərar verildi
Sakit okeandakı adada daha bir güclü zəlzələ olub - 6,1 bal gücündə
Məhkəmə Anar Məmmədli barədə daha bir qərar verdi
İsrail ordusu Livana daha 18 zərbə endirib
Sabahın hava proqnozu açıqlandı
Misirlə sərhəddə savaş: 35 fələstinli öldürülüb
Növbədənkənar parlament seçkiləri: AXCP, Müsavat... - Hansı partiyalar iştirak edəcək? (AÇIQLAMALAR)
Azərbaycan və Bolqarıstanın birinci xanımlarının görüşü olub
"Qarabağ" və "Neftçi" klubları cəzalandırılıb
DİM sədrindən imtahanlarla bağlı açıqlama: "Bundan sonra həmin nisbətlər yavaş-yavaş dəyişəcək"
Milli Məclis özünü nə vaxt buraxacaq? - Yeni iddia yayıldı
Partiya qərargahı atəşə tutulub
Nəsimi rayonunda futbol turniri keçirilib - FOTOLAR
Türkiyədə başsız meyit tapılıb - Kəllə hələ də axtarılır (FOTO)
Masallıda əməliyyat: saxlanılanlar var - FOTO
ABŞ-dan bir ilk - İsrailə bomba göndərilməsi təxirə salınıb
Ankarada daha 15 FETÖ üzvü saxlanılıb
Qəzzada savaş qızışıb: İsrail hərbçiləri bələdiyyə binasına od vurub, HAMAS yaraqlıları isə...
“COP29 iqlim konfransı ilə bağlı Ermənistanla razılaşmaya diqqət yetirmənizi istərdik" - Elçin Əmirbəyov
"Beşiktaş"dan Di Maria ilə bağlı açıqlama: "Gündəmimizdə deyil"
Şirvanda vətəndaşları aldadan şəxs tutulub - Açıqlama (FOTO)
Azərbaycan nefti ucuzlaşır