Göyçayda ağır qəza oldu: ölən və yaralananlar var

img

12-05-2019 [11:46]


Göyçayda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Mia.az FHN-ə istinadən xəbər verir ki, hadisə gecə saat 3:00 radələrində şəhərin Natavan və Ə.Kərim küçələrinin kəsişməsində qeydə alınıb.

"Mersedes" və "Toyota" markalı minik avtomobillərinin toqquşması nəticəsində rayonun Müskürlü kənd sakinləri, 1983-cü il təvəllüdlü Qurbanov Vusal Fərman oğlu, Göyçay şəhər sakinləri, 1992-ci il təvəllüdlü Kərimli Məmməd Əlimövsüm oğlu, 1987-ci il təvəllüdlü Azadov Pərviz Yelmar oğlu, 1985-ci il təvəllüdlü Rüstəmov Nofəl Oqtay oğlu, Potu kənd sakini, 1991-ci il təvəllüdlü Kərimli Simran Akif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Vüsal Qurbanov ağır xəsarətlər aldığı üçün xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Digər yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR