Mayın 11-də TOEFL IBT imtahanı keçiriləcək

img

10-05-2019 [10:36]


Dövlət İmtahan Mərkəzində (DİM) mayın 11-də TOEFL IBT imtahanı keçiriləcək.

Mia.az DİM-ə istinadən bildirir ki, TOEFL IBT imtahanı 2019-cu il mayın 11-də Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.İmtahan saat 09.30-da başlayacaq. 

İmtahanda iştirak edən şəxslər saat 08.30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

TOEFL® imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün http://dim.gov.az/activities/exams/toefl/ linkinə daxil ola bilərsiniz.
Digər xəbərlər
SON XƏBƏRLƏR