07-05-2019 [12:49]
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu gün "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialının açılışında iştirak ediblər.
Mia.az xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XIX əsrdə və XX əsrin əvvəllərində Azərbaycan xalçaçılıq məktəbinə aid nadir xalçalara baxıblar.
Sonra dövlət başçısı müəssisənin rəmzi açılışını bildirən lenti kəsib.
"Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov görülən işlərlə bağlı dövlət başçısına və birinci xanıma məlumat verib.
Bildirilib ki, "Azərxalça” ASC-nin Qobustan filialının binasının ümumi sahəsi 1300 kvadratmetrə yaxındır. Dövlətimizin başçısının 2018-ci ildə imzaladığı Sərəncama əsasən Qobustan xalça istehsalı emalatxanasının tikintisi və təchizatına dövlət büdcəsindən 2 milyon manat vəsait ayrılıb. Qobustan şəhərinin mərkəzində yerləşən binada tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub.
Qeyd olunub ki, bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu, konfrans zalı və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Ağdaş, Ağsu, Göyçay, Hacıqabul, İsmayıllı, Kürdəmir, Qax, Qəbələ, Qobustan, Oğuz, Salyan, Şamaxı, Şəki, Ucar, Zaqatala və Zərdab rayonlarının kəndlərində toxunan orijinal xalça çeşnilərinə üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında "Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Toxucular Qobustan şəhərinin və rayonun digər yaşayış məntəqələrinin sakinləridir. Onlar bir neçə ay ərzində "Azərxalça” ASC-nin burada təşkil olunmuş hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da işini davam etdirəcək. Bu kursun məzunları "Azərxalça” ASC-nin tədris sertifikatını alacaqlar.
Buradakı xalça-satış salonunda "Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgisi və satışı həyata keçiriləcək.
Müəssisə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalçaçılarla görüşüblər.
Dövlət başçısı görüşdə çıxış edib.
Sonda xatirə şəkli çəkdirilib.
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsinin fəaliyyəti ilə tanış olublar.
Məlumat verilib ki, ümumi sahəsi 1770 kvadratmetr olan məntəqə istehsalat və inzibati bölmədən ibarətdir. Dövlətimizin başçısının tapşırığı ilə "Azərxalça” ASC-nin filiallarının, ölkəmizdə fəaliyyət göstərən özəl xalçaçılıq müəssisələrinin yun ipliklə təmin olunması üçün mühüm tədbirlər görülür. Bu istiqamətdə həyata keçirilən layihələrdən biri Sumqayıt Kimya Sənaye Parkında "Azərxalça” ASC-nin yunəyrici-boyaq fabrikinin inşasıdır. Hazırda fabrikin tikintisi sürətlə davam etdirilir. Bu fabrikin xammalla təminatı məqsədilə Naxçıvan şəhərində, Bərdə, Qobustan, Şabran və Sabirabad rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri yaradılıb. Son illər bu sahənin inkişafına göstərilən diqqət, ölkəmizin müxtəlif bölgələrində emalatxanaların fəaliyyətə başlaması xalça toxunması üçün xammal bazasının yaradılması zərurətini meydana çıxarıb. Bu baxımdan yunəyrici-boyaq fabrikinin və regional yun və boyaq bitkilərinin tədarükü məntəqələrinin yaradılması idxaldan asılılığı tamamilə aradan qaldıracaq. Tədarük məntəqələri heyvandarlığın inkişafına da öz təsirini göstərəcək. Bu, qoyunçuluq təsərrüfatlarının, fermerlərin yun satışı probleminin həllinə imkan verəcək.
Bildirildi ki, regional tədarük məntəqələrində ildə 1500 ton yun qəbul olunacaq. Hər tədarük məntəqəsində 300 ton yun qəbulu nəzərdə tutulub. Qobustandakı tədarük məntəqəsi 14 rayonu əhatə edəcək. Bu məntəqənin imkanlarından Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Göyçay, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, Ağdaş, Zərdab rayonlarının, Şəki şəhərinin və Bakının Qaradağ rayonunun sakinləri yararlanacaqlar. Bu işin yüksək səviyyədə təşkili məqsədilə maarifləndirici tədbirlər də keçirilib. Bu məntəqədə növbəti ildən boyaq bitkiləri də qəbul olunacaq.
Məlumat verildi ki, Qobustanın ərazisi boyaq bitkiləri ilə zəngindir. İnsanlar onları toplayıb tədarük məntəqəsinə təhvil verməklə həm də əlavə qazanc əldə edəcəklər. Həm yun, həm də boyaq bitkiləri il boyu qəbul ediləcək.
Diqqətə çatdırıldı ki, regional məntəqəyə gətirilən məhsul rənginə və ölçüsünə görə çeşidlənəcək. Yun çeşidləndikdən sonra kipləşdiriləcək, onların üzərinə xüsusi yarlıqlar vurulacaq. Həmin yarlıqda yunun rəngi, qəbul tarixi, hansı rayondan alındığı, çəkisi, növü, qaba və incəliyi, nəmliyi barədə məlumatlar əksini tapacaq. Məntəqədə kipləşdirilmiş yun Sumqayıtdakı yunəyrici-boyaq fabrikinə təhvil veriləcək.
Bildirildi ki, Qobustan regional yun və boyaq bitkilərinin tədarükü məntəqəsində 25 nəfər daimi işlə təmin olunub.
Dövlətimizin başçısı müəssisənin işçiləri ilə söhbət etdi.
Sonda xatirə şəkli çəkdirildi.
***
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 7-də Qobustan-Poladlı avtomobil yolunun açılışında iştirak ediblər.
Mia.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.
Bildirilib ki, 5 min nəfərin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Qobustan-Poladlı avtomobil yolunun tikintisinə Azərbaycan Prezidentinin 2018-cı ildə imzaladığı Sərəncama əsasən dövlət büdcəsinin investisiya xərclərindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 6,4 milyon manat vəsait ayrılıb. İki hərəkət zolaqlı yolun ümumi uzunluğu 14,5 kilometr, hərəkət hissəsinin eni isə 6 metrdir. Dördüncü texniki dərəcəli yolun inşası zamanı müxtəlif diametrli 7 suötürücü boru quraşdırılıb, zəruri yerlərdə yol nişanları, göstərici lövhələr, siqnal dirəkləri qoyulub, yol cizgi xətləri çəkilib. Yolun inşası texnoloji ardıcıllığa uyğun və yüksək keyfiyyətlə həyata keçirilib. Qobustan-Poladlı yolu bu bölgədə yaşayan insanların Bakı-Şamaxı-Yevlax avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə hərəkət etməsinə imkan yaradıb. Bu layihənin icrası sürücülərin təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Sonda xatirə şəkli çəkdirilib.
Bu gün magistraturalara qəbul imtahanı keçirilib (Yenilənib)
Sabah isti hava olacaq
Zaqatalada çayxana sahibi blçaqlanıb
Ağdamda daha bir mina partlayışı: yaralı var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şair-publisist Namiq Hacıheydərli vəfat edib
Bilik və bacarığını nəticəyönümlü fəaliyyətə çevirən müəllim... - Yeni layihə (FOTOLAR)
Hikmət Hacıyev: "Azərbaycanın mülki əhalisi, demək olar ki..."
Abşeronda içki məclisində dava: dost dostunu öldürdü və...
ALİ MƏHKƏMƏ HAKİMİNDƏN ŞOK HƏRƏKƏT: evində canına qıyıb
“Toplum TV”nin daha bir əməkdaşı saxlanılıb? - DİN-dən açıqlama
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
PREZİDENT ONLAR HAQDA SƏRƏNCAM İMZALADI - Siyahı
Rektordan maraqlı təyinat - ”Mercedes-Benz"in keçmiş işçisini özünə müşavir götürüb
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb - 3 qurum birgə məlumat yaydı
Laçının Sus kəndinə 59 ailə köçürülür - Püşk atıldı (FOTOLAR)
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
DEPUTATA SUİ-QƏSD İŞİ: "Fazil Mustafanı dini çıxışlarına görə cəzalandırmaq istəyirdik" - Məhkəmə prosesi
"Azəriqaz" İB-də ikibaşlı oyun: imtahandan keçən xanıma ögey münasibət etiraz doğurdu, qurum rəsmisi reaksiya verdi
İTV-də dəyişiklik - Aparat rəhbəri Baş direktor müavini təyin olunub
Salyanda avtomobil və mal oğrusu tutulub
Xankəndidə silah və sursatlar aşkarlanıb
Bakcell ilə innovasiya dövrü başladı - FOTOLAR
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
Azərbaycan və Almaniya prezidentləri bağda gəzişərək səmimi söhbət ediblər - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib