"OPEC dağıla bilər" - İranın neft naziri səbəbi açıqladı

img

03-05-2019 [16:15]


"Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv bəzi ölkələrin birtərəfli fəaliyyəti nəticəsində OPEC dağıla bilər".

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri İranın neft naziri Bijən Namidar Zəncənə Tehranda OPEC-in baş katibi Məhəmməd Barkindo ilə keçirdiyi görüşü şərh edərkən deyib.

İranlı naziri OPEC-in baş katibi ilə qlobal neft bazarı və onun problemlərini müzakirə etdiklərini bildirib: "OPEC-in bəzi üzvlərinin birtərəfli fəaliyyəti nəticəsində təşkilat dağıla bilər. İran öz maraqlarını nəzərə alaraq OPEC-ə üzvü olub. Əgər OPEC-ə üzv ölkələr İranı təhdid edərsə, bu, cəzasız qalmayacaq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib