"Putin Türkiyə, Ermənistan və Azərbaycandan da bunu tələb edib..."

img

30-04-2019 [13:03]


Mixail Saakaşvili Rusiya lideri Vladimir Putinin Ukraynanın yeni seçilmiş Prezidenti Vladimir Zelenskiyə onun Ukrayna vətəndaşlığının bərpa edilməsi haqqında təklifini şərh edib.

Saakaşvili Putinin səmimiliyinə inanmadığını deyib.

"Putin 2017-ci ilin dekabrında keçirilən mətbuat konfransında Poroşenkodan tələb edirdi ki, məni Ukraynadan qovsun. Poroşenko bunu bir ay sonra gerçəkləşdirdi. Məhz Putin Poroşenkodan məni öz andiçməsinə dəvət etməməyi tələb edirdi. İndi Putinin nümayəndələri vasitəçilərlə Zelenskidən təkcə mənim vətəndaşlığımın bərpasını yox, həm də mənim Ukraynaya buraxılmamağımı istəyirlər. Eyni tələbi Putin təkcə Gürcüstan hökumətinə qarşı səsləndirməyib. 

O, bunu həmçinin Türkiyə, Ermənistan və Azərbaycandan da tələb edib. Mənim məlumatıma görə, o, bunu Türkiyə prezidenti ilə 2016-cı ildə keçirilən görüşü zamanı müzakirə edib”

Axar.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA