29-04-2019 [14:26]
-Natiq bəy, öncə son dövrlər müxalifətdaxili münasibətlərin gərginləşməsindən, eləcə də Real Partiyasının digər siyasi təşkilatlarla çəkişməsindən danışmaq istərdik. Nə baş verir?
-Bu məsələlərlə bağlı çox müzakirə aparmışıq, mövqelərimizi ifadə etmişik. Bu mənada, mövzuya yenidən qayıdıb, dərindən müzakirə aparmağa lüzum görmürəm. Amma qısa olaraq, onu deyə bilərəm ki, müxalifət partiyaları arasında məsələlərə fərqli baxışların olması yaxşıdır. Bu Azərbaycanda siyasi gündəmin zənginləşməsi baxımından da müsbət haldır. Amma çox təəssüf ki, partiyalar arasındakı fikir ayrılıqları ideoloji zəmində, hansısa platformalar müstəvisində baş vermir. Adətən şayiələr, qarayaxmalar, söz atmalar üzərindən olub. Bu günə qədər "Real”a atılan qarayaxmaların, atmacaların layiqli cavabı verilib. Mənə elə gəlir ki, buna yenidən qayıtmağa zərurət yoxdur. Təəssüf ki, müxalifət partiyaları arasında siyasi paxıllıq var. "Real”ın artan nüfuzu, beynəlxalq, daxili əlaqələrin genişlənməsi bəzən müxalifət partiyalarında qıcıq yaradır. Bu səbəbdən də bəzi müxalifət qüvvələri bizə qarşı qarayaxma kampaniyası apardılar, amma layiqli cavabla susduruldular. Bununla da bu məsələ bizim üçün qapadıldı.
-Deyirsiniz ki, "Real”ın gücünün artmasına görə bəzi qüvvələrin "hücumuna "məruz qalmısınız. Bilmək olarmı ki, "Real”ın gücü artıb deyəndə, nəyi nəzərdə tutursunuz?
-Bunu rəqəmsal olaraq da deyə bilərəm. Son bir ili götürsək, rəsmi üzvlərimizin sayı iki dəfədən çox artıb. Qeyd edim ki, bizdə üzvülük iki kateqoriyaya bölünür. Belə ki, könüllülük institutu var ki, müəyyən səbəblərə görə ora rəsmi üzv ola bilməyənlər təmsil olunurlar. Həmin şəxslərə könüllü üzv kimi qeydiyyata düşmək təklif olunur. Son bir ildə könüllü üzvlərin sayı iki dəfədən çox artıb. Bildiyiniz kimi, biz 40 min imza kampaniyası keçirdik. Bizim təkliflərimizin bir qismi artıq həllini tapıb, bir qismi isə nəzərdə tutulur ki, qanunvericilik şəkilində həll olunsun. Bu özü-özlüyündə ölkədə situasiya yaratdı. Çünki bu günə qədər Konstitusiyanın verdiyi bu imkandan heç bir siyasi partiya istifadə etməmişdi. Biz 42 minə yaxın imza toplayıb parlamentə təhvil verdik. İndi də Mərkəzi Seçki Komissiyasında imzaların yoxlanması gedir. Yəqin ki, yaxın günlərdə rəsmi cavab alacağıq .
-O fikirlər də səslənir ki , Real Partiyası Qərbin projesidir.Yəni, sabah hakimiyyətə gəldiyiniz, yaxud hər hansı səlahiyyət əldə etdiyiniz təqdirdə Qərb dairələrinin maraqlarına xidmət edəcəksiniz. Bu kimi ittihamlara nə cavab verərdiniz ?
-(Gülür ) Əslində, birinci dəfə deyil ki, bu kimi fikirlər səslənir. İnsanlar anlamadıqları hər hansı bir məsələni qlobal proseslə əlaqələndirirlər. Son dövrlər Azərbaycanda Türk seriallarının təsirindən proseslərin massonlar, yaxud hansısa beynəlxalq güclər tərəfindən idarə olunduqlarını düşünürlər. Əslində, hazırkı hakimiyyət Qərbin maraqlarını təmin edə biləcək ən yaxşı hakimiyyətlərdən biridir. Çünki Azərbaycanın iqtisadi əlaqələri Qərblə, həm Avropa ilə, həm də Amerika ilə qurulub.Bütün beynəlxalq sazişlər, neft-qaz müqavilələri Qərb şirkətləri ilə bağlanıb. Hazırda Qərb şirkətləri Azərbaycanda böyük rola malikdirlər, ixracatımızın 80 faizini Avropa Birliyi ölkələri ilə edirik. Aldığımız məhsulların yarıdan çoxunu Amerikadan, Avropadan alırıq. Bu "məntiqlə" yanaşsaq, Avropa üçün Azərbaycan hakimiyyəti daha idialdır. Nəyə görə onu dəyişməyə çalışsınlar?
-Natiq bəy, növbəti suallarım ölkə iqtisadiyyatı ilə bağlıdır. Hazırda ölkənin iqtisadi durumunu lakonik dəyərləndirmək lazım gələrsə, nə deyə bilərsiniz?
-Çox təəssüf ki, Azərbaycanda primitiv model formalaşıb. Ölkədə bir sektordan, neftdən asılı bir iqtisadi model hakimdir. Bu səbəbdən də Azərbaycanda bütün makro-iqtisadi parametrlər o amildən asılıdır. Təəssüf ki, ötən dövr ərzində ölkədə çoxşaxəli itisadi model qurula bilmədi. İki böhranlı ildən sonra bu gün müəyyən dərəcədə sabitləşmə dövrünü yaşayırıq. Artıq bir ildən çoxdur ki, neftin qiyməti artıb, təqribən 70 dollar civarındadır. Bu isə ölkədə müəyyən iqtisadi sabitliyin yaranmasına səbəb olub. Amma manatın məzənnəsinin sabitləşməsi, bank sektorunda müəyyən durğunluqdan çıxma elementlərinin görünməsi , ixracatda və idxalda müəyyən artımın olması neftlə bağlıdır. Ötən illərlə müqayisədə ölkədə idxalın həcmi artıb, çünki alıcılıq qabiliyyəti yüksəlib. Bütün bunların hamısı bir amilə bağlıdır. Ona görə də Azərbaycanda makro iqtisadiyyatdan danışmaqdansa, tək neftdən danışmaq bəs edir.
-Belə demək mümkündür ki, baş verən hər hansı müsbət məqamda hökumətin fəaliyyətinin payı yoxdur...
-Bəli. Hazırkı iqtisadi sabitlikdə hökumətin apardığı hər hansı iqtisadi siyasətin rolu yoxdur. İdarəetmədə müəyyən dəyişikliklər olub. Yeni dövlət qurumları yaradılıb, agentliklər formalaşdırılıb. Amma bu da yenidən paralel strukturlaşmanın davamı kimi qiymətləndirilə bilər.
-Bu gün vətəndaşı əməkhaqqı, pensiya və müavinətlər, bir də bazardakı qiymətlər maraqlandırır. Bu sahədəki vəziyyəti necə qiymətləndirirsiniz?
-Hər halda, bazarlardakı qiymətlər də rəsmi artımlara adekvat olmur. Daha çox olur. Bu barədə nə deyə bilərsiniz?
-Bəs bu mövsümi sabitliyə manatın məzənnəsini də şamil etmək olarmı?
-Bildiyiniz kimi, manatın məzənnəsi inzibati qaydada tənzimlənir. Nəhayət ki, Mərkəzi Bank da bunu dolayısı ilə etiraf elədi. Əvvəl israr edirdi ki, Azərbaycanda üzən məzənnə rejimidir. Amma son bir ildir ki, üzən məzənnə rejimi sözünü leksikonlarından çıxarıblar. Nə qədər neftin qiyməti 60 dollardan yuxarıdır, Azərbaycanda devalvasiya və manatın dəyərdən düşməsini gözləmək əbəsdir. İndi də neftin qiyməti 75 dollardır, deməli, manata heç bir təhlükə yoxdur. Nə zaman ki, neftin qiymətində azalma başlayacaq, o zaman təhlükə artacaq. Amma bu təhlükə realdır, çünki hazırda Venesuelada, Liviyada baş verənlər, İrana qarşı sanksiyalar nəticəsində neftin qiyməti artıb, bu neft ölkələrində stabillik yaranan kimi, neftin qiyməti yenidən aşağı düşəcək və Azərbaycan üçün çətin dövr başlayacaq.
"Başakşehir" 18 yaşlı futbolçu ilə anlaşıb
AEK Joao Marionu heyətinə qatır - Türk klubu 2 milyon avro qazanacaq
Tramp 100 min dollar vəd etdi: "Onu tapacağımıza ümidliyik" - FOTO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Nuri Şahin "Başakşehir"in başına keçir? - Danışıqlar yekunlaşıb
"Beşiktaş" Jota Silva ilə anlaşıb - Oyunçu İstanbula dəvət edilib
"İmperator" ləqəbli baş məşqçi yeni macəraya başlaya bilər
Polşa Belarusla sərhədə 40 minə yaxın hərbçi yeridir, sərhəd bloklanır: "NATO buna cavabsız qala bilməz"
"Qaçqının biri də mən! Nə vaxt kiminsə toyuğuna daş atmışam?" - Seymur Verdizadədən sərt cavab
Bakıda ermənilərin məhkəməsi davam edir - Azərbaycana qarşı təcavüzlə bağlı sənədlər elan olunub
“Azərsun Holdinq” bu ekoloji böhranda harada idi? - İttiham var
“550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” - Keçmiş sevgilisindən Hidayətə ittihamlar
Gürcüstanın keçmiş müdafiə naziri həbs olunuub
"Kapitalbank" Mia.az saytını məhkəməyə verib: ayı söhbəti haradan çıxdı? - Professordan şərh
Onlayn bilet satışı adı altında kiberdələduzluq halları artır
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Daha iki bələdiyə sədri Ərdoğanın partiyasına keçdi - FOTO
İsrail ordusu Livana hava zərbələri endirib
Anar Babayev aparat rəhbəri tyəin edilib
Nazir təhsil ekspertlərini şantajda ittiham etdi: "Bu, şantajdırsa, biz bu barədə danışmırıq"
ICESCO Nəsimi Festivalının tərəfdaşı olub
Trampın Minskə gedib
Kreml: "Polşanın PUA-larla bağlı ritorikası yeni deyil"
Küləkli hava şəraiti həftə sonunadək davam edəcək - XƏBƏRDARLIQ
Zelenski Rusiya iqtisadiyyatı üçün ən güclü zərbə hesab etdiyi sanksiyaları açıqlayıb
"Volfsburq" Kristian Eriksen ilə müqavilə imzalayıb
Alen Simonyan: "Azərbaycanın istəyini haqlı hesab edirik"
Üç ölkənin XİN rəhbərləri Rusiyanın Polşaya hücumunu pisləyib
Kamran Əliyevin Sinqapura səfəri başa çatıb
"Real Madrid" Van de Veni transfer etmək istəyir - "Tottenhem" 80 milyon avro tələb etdi...
Bu şəxslərə psixotrop maddələr pulsuz veriləcək - Qərar
Sürücülük vəsiqəsi ilə bağlı dəyişiklik - Əli Əsədov qərar imzaladı
Əli Əsədov nəqliyyatla bağlı yeni qərar imzalayıb
Prezident İlham Əliyev sərəncam imzalayıb
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirib
Alen Simonyan: Bizim mağazalarımızda Azərbaycan malları olacaq
Finlandiya Prezidenti Ukraynada səfərdədir
"Sakaryaspor" Mete Kaan Demiri heyətinə qatıb
Paşinyan Rusiyaya səfər edəcək
Sabahın hava proqnozu açıqlanıb
"Formula 1"lə bağlı bəzi məktəblərdə dərslər onlayn olacaq
Misir ABŞ-ni öz ölkəsində HƏMAS-a zərbələr endirməkdən çəkindirib
MİQ imtahanında iştirak qiyməti müəyyənləşib