26-04-2019 [17:27]
Elxan ŞAHİNOĞLU,
"Atlas" Araşdırmalar Mərkəzi
***
Aprelin 26-da Pekində 2-ci "Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu keçirilib.
Forumda 37 dövlət və hökumət başçısı, beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər. Builki Foruma Azərbaycan, Rusiya, Pakistan, Qazaxıstan, Avstriya, Belarus, Çexiya, Yunanıstan, Macarıstan, İtaliya, Serbiya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin liderləri qatılıblar.
Çin "bir kəmər, bir yol” strategiyasını 2013-cü ildə irəli sürüb. Strategiya tarixi İpək yolunun yeni variantda bərpası ilə Çinin Avropa və digər dünya ölkələri ilə iqtisadi əməkdaşlığının genişləndirilməsini nəzərdə tutur. Çin hökuməti müxtəlif ölkələrin strategiyanın icrasına cəlb olunması istiqamətində aktiv siyasət yürütməkdədir. Ayrı-ayrı ölkələrə maliyyə-iqtisadi dəstəyin göstərilməsi bu siyasətin əsas tərkib hissəsidir. 2013-2018-ci illərdə "bir kəmər, bir yol” strategiyasının əhatə etdiyi ölkələrlə Çin arasında ticarət dövriyyəsinin ümumi məbləği 6 trilyon ABŞ dollarını ötüb.
Çinin irəli sürdüyü "bir kəmər, bir yol” təşəbbüsünü 150 ölkə, o cümlədən müxtəlif beynəlxalq təşkilatlar dəstəkləyir. Bu o deməkdir ki, faktiki bu təşəbbüs dünyanın əməkdaşlıq xəritəsini dəyişmək gücündədir. Aydındır ki, bu layihənin reallaşmasında maraqlı olan əsas ölkə Çindir.
Birincisi, Çin bu təşəbbüs vasitəsilə dünya bazarlarına daha çox mal nəql etmək imkanına malik olur.
İkincisi, Çin "bir kəmər, bir yol” təşəbbüsü vasitəsilə müxtəlif qitələrin müxtəlif ölkələri ilə daha sıx əlaqələrə malik olacaq. İqtisadi və ticarət əlaqələri siyasi əlaqələri də gücləndirəcək. Məsələn, Çin lideri Pekindəki konfransdan əvvəl Avropa ölkələrində olmuşdu, İtaliya və Fransa ilə milyardlarla dollarlıq müqavilələr imzalanmışdı.
Cənubi Qafqaz ölkələrindən tədbirə Azərbaycan prezidenti İlham Əliyev dəvət edilib. Çünki Azərbaycan gələcəkdə "bir kəmər, bir yol” təşəbbüsünün bir parçasına çevriləcək.
Təsadüfi deyil ki, Azərbaycan prezidenti ilə görüşdə Çin Xalq Respublikasının Sədri Si Cinpin belə bir ifadə işlədib: "Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir. Azərbaycan Böyük İpək Yolu üzərində yerləşir və bu yolun bərpasında təbii tərəfdaşdır”.
Çin lideri eyni zamanda "bir kəmər, bir yol” layihəsi çərçivəsində Trans-Xəzər nəqliyyat dəhlizinin əhəmiyyətini qeyd edib.
Çin liderinin sözlərindən çıxan nəticə budur ki, Çin gələcəkdə Mərkəzi Asiya, Xəzər dənizi və Azərbaycan üzərindən dünya bazarlarına daha çox mal daşımağı planlaşdırır. Rəsmi Bakı illərdir buna çalışır.
Rəsmi Bakı Çinin Ələt limanından və Bakı-Tbilisi-Qars dəmiryolundan istifadəsini istəyir. Çin Azərbaycan üzərindən mallarının nəqlinə başlasa da, yüklərin həcmi hələ yüksək deyil. Pekin sanki bu marşruta bir az ehtiyatla yanaşır. Ancaq Çin liderinin son açqılamasından sonra Pekinin artıq Azərbaycanın nəqliyyat imkanlarından istifadəyə artıq qərar verdiyini söyləmək mümkündür.
Çin mallarının 5-7 faizini Azərbaycan üzərindən Avropaya daşımağa qərar versə, bu, həm Ələt limanının, həm də Bakı-Tbilisi-Qars dəmir yolunun kifayət qədər yüklənməsinə və Azərbaycanın gəlirlərinin artmasına imkan verəcək. Bunun Azərbaycan üçün siyasi əhəmiyyəti də var. Azərbaycanın Avrasiya bölgəsindəki rolu artacaq.
İlham Əliyev Çində bu ölkənin müxtəlif rəsmiləri və şirkət rəhbərləri ilə də görüşdü. Səfər nəticəsində iki ölkə arasında 821 milyon dollarlıq 10 müqavilə imzalanıb. Çin investorları Azərbaycana 800 milyon dollardan çox sərmayə qoyublar. Azərbaycanın Çin iqtisadiyyatına yatırdığı investisiyaların həcmi isə 1,7 milyard dollar təşkil edir. İki ölkə arasında sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, humanitar sahələrdə əlaqələr genişlənir. Çin Azərbaycanda sənaye parklarının yaradılmasına maraq göstərir.
İlham Əliyev səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə də görüşdü. Prezidentlər iki ölkə arasında artan iqtisadi və ticarət əməkdaşlığından məmnun qaldıqalarını söylədilər. Ticarət mübadiləsi 2.5 milyard dollara çatıb. Bu görüşdə səslənən digər xəbər odur ki, avqust ayında Rusiyada növbəti Rusiya-Azərbaycan-İran sammiti keçirək. Bu sammitdə də əsas mövzulardan biri nəqliyyat xətlərinin istifadəsi olacaq. Ancaq bu görüş İran üçün ağır bir dövrə də təsadüf edəcək. ABŞ mayın 2-dən başlayaraq İrandan neft alan ölkələrə qarşı da sanksiyaların tətbiqinə başlayacaq. Bu səbəbdən İran üçün qonşularla iqtisadi və siyasi əlaqələri gücləndirmək və birgə layihələrdə iştirak etməyin əhəmiyyəti artır.
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb
Bakıda iməcilik və ağacəkmə aksiyası keçiriləcək
"...yardımımızı davam etdirməyə hazırıq" - ABŞ-dan rus sülhməramlılarının Qarabağı tərk etməsinə reaksiya
Bələdiyyədə hər yerə gizli kameralar yerləşdirilib: "Hər yerdə "böcək" və gizli kameralar var..."
Xankəndidə yenə silah-sursat aşkarlanıb
Müğənni pensiya azlığından şikayətləndi: "O pula qalsa, işləmək məcburiyyətindəyəm"
Ərdoğanın "qapı açıqdır" mesajına CHP lideri Strasburqda cavab verdi: "Yaxın günlərdə üzbəüz görüşəcəyik"
TƏBİB rəhbəri Arzu Bəndəliyevanı baş həkim təyin edib
Türkiyə parlamentində deputatların sayı azalıb - Səbəb
Ağdamda minaatan qurğular tapılıb
Çempionlar Liqasında nəhəng komanda və məşqçilərin döyüşü: "Real Madrid" penaltilərlə rəqibini "yedi"
Çempionlar Liqası: "Bavariya" ingilis klubunu əliboş yola saldı
İsrail ordusu Livanın cənubunu fasiləsiz bombalayır - Dağıntılar var
XİN-dən xəbərdarlıq: "Livana getməyin!"
Türkiyə ordusu İraqa girir, 30 km-lik neytral zolaq çəkiləcək: "Hədəfdə iki bölgə var"
Başlıbel qətliamından 31 il ötür
Körfəz ölkələrində sel: 18 nəfər ölüb - 10-u tələbədir
Yaponiyada ard-arda zəlzələ olub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə Pakistana başsağlığı verib - 63 nəfərin ölümü ilə bağlı
Qərb ölkələrinin səfirləri Gürcüstan Prezidenti ilə görüşüb - FOTO
Azərbaycanla daha bir ölkə arasında viza tələbi qaldırılır
Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzalayıb
Çingiz Abdullayev sağalıb - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Əfv Komissiyası toplandı: daha 100-dən artıq müraciətə baxılıb
Hərbi Hava Qüvvələri təlimdə - VİDEO
Yunanıstanda etiraz: işçilər bir günlük işə çıxmayacaq
Daha bir prezident COP29-a dəvət olunub
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
Eldar Əzizov müxalifətin mitinq tələbinə "yox" dedi
Daha bir sabiq deputat vəfat edib