1-ci qrup Qarabağ müharibəsi əlili Prezident və xanımına üz tutdu: "Evim qəzalıdır..."

img

26-04-2019 [16:17]


Göyçay rayonu Şəkili kənd sakini 1-ci qrup Qarabağ müharibəsi əlili Məmmədov Vaqif Alşan oğlu tərəfindən Mia.az-a məktub daxil olub.

O, Qarabağın azadlığı uğrunda gedən döyüşlər zamanı sağ ayağımı itirib 1-ci qrup əlil olub.

Bu səbəbdən nə ailə qayğılarını, nə də yaşadığı təhlükəli evin yenilənməsi ilə məşğul ola bilir: 

"Ailəliyəm himayəmdə 4 övladım var.Sağ ayağımın olmaması mənə çox əziyyət verir. Çünki evim qəzalı vəziyyətdə olmasına görə əziyyət çəkirəm. Evim çiy kərpicdən inşa edilib deyə hazırda aşılanıb qəzalı vəziyyətə düşüb.

Birinci mərtəbəsi zirzəmi olduğu üçün ikinci mərtəbədə yaşayıram. Hər dəfə ikinci mərtəbəyə çıxıb düşəndə ayağımın olmamasına görə çox-çox əziyyət çəkirəm. Evim qəzalı vəziyyətdə olduğu üçün hər an uça bilərki buna görə həyat və sağlamlığımız ciddi təhlükə qarşısındadır.

Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən pulsuz ev inşa edilib verilir ki, buna görə cənab prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm. 

Mən də 2012-ci il tarixdə ev növbəsindəyəm. Hazırda 12-ci növbədə mənəm. İstəyim və xahişim odur ki, mənim səhhətimi, evimin qəzalı vəziyyətdə olmasını, ayağımın olmamasını nəzərə alıb mənə bu il mənzil inşa edib versinlər.

İnanıram ki, Prezidnt cənab İlham Əliyev və Mehriban xanım Əliyeva mənim bu müraciıtimə müsbət cavab verib problemin həllində yaxından köməklik göstərəcəklər. Çünki biz Qarabağ müharibəsi əlillərinin yeganə ümüd yerimiz bu möhtərəm şəxslərdir".

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:56 25.09.2021

Sabah yağış yağacaq