Vəhdət Partiyasına büdcədən il ərzində 117 857 manat vəsait ayrılıb

img

25-04-2019 [10:34]


Vəhdət Partiyasının 2018-ci il üzrə gəliri 117 857 manat olub.

"Report” xəbər verir ki, bu, partiyanın Mərkəzi Seçki Komissiyasına (MSK)  təqdim etdiyi 2018-ci il üzrə maliyyə hesabatında əksini tapıb.

Qeyd olunub ki, bu vəsait partiya sədri Tahir Kərimli Milli Məclisdə təmsil olunduğuna görə dövlət büdcəsindən ayrılıb. Vəhdət Partiyası ötən il üzvlük haqlarından gəlir əldə etməyib. Partiyanın xərcləri 117 853 manat olub.

Xatırladaq ki, indiyədək MSK-ya 2018-ci il üzrə maliyyə hesabatını qeydiyyatdan keçən 55 siyasi partiyadan 48-i verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA