Devrilən prezidentin evindən 105 milyon dollar, 6 milyon avro nağd pul çıxdı

img

20-04-2019 [15:33]


Sudanın hərbi prokurorluğunun müstəntiqləri ölkənin keçmiş Prezident Ömər əl-Bəşirin evində milyonlarla avro və bir neçə milyard yerli valyuta aşkarlayıblar.

"RİA Novosti” xəbər verir ki, bu barədə Sudanda çıxan "Ar-Ray Aləm” qəzeti yazıb.

Bildirilib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində keçmiş Prezidentin qızının evindən 6 milyon avro, 351 min dollar, 5 milyard Sudan funtu (təxminən, 105 milyon dollar) aşkar edilərək müsadirə olunub. Bu pullar Sudanın Mərkəzi Bankına köçürülüb.

Qeyd edək ki, Sudanda ötən ilin dekabrında çörəyin qiymətinin bahalaşmasına qarşı keçirilən aksiyalar cari il aprelin 11-də 1989-cu ildən ölkəni idarə edən Ömər əl-Bəşirin devrilməsi ilə nəticələnib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA