“İnstagram” İranın bir sıra rəsmilərinin hesablarını dondurub

img

17-04-2019 [15:56]


"İnstagram” sosial şəbəkəsi İranın bir sıra rəsmilərinin hesablarını dondurub.

Trend-in məlumatına görə, ABŞ-ın İran İslam İnqilabı Keşikçilər Korpusunu (SEPAH) terror təşkilatları siyahısına salmasının ardınca, "İnstagram” sosial şəbəkəsi İran rəsmilərinin hesablarını dondurmağa başlayıb.

İndiyədək İran İslam İnqilabı Keşikçilər Korpusunun bir sıra komandanları, o cümlədən Qasım Süleymani, Möhsün Rzayi, İranın yol polisinin rəisi Kamal Hadianfər, Məhkəmə Sisteminin rəhbəri İbrahim Rəisi və digər nüfuzlu şəxslərin instagram hesabları dondurulub.

İran KİV-ləri ali dini lider Ayətulla Xameneinin ingiliscə xidmət edən informasiya portalının "İnstagram” səhifəsinin də dondurulduğunu bildiriblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA