Azərbaycanın daha bir idmançısı dopinqə görə cəzalandırılıb

img

16-04-2019 [09:53]


Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) dopinqə görə Azərbaycanın daha bir idmançısına sanksiya tətbiq edib.

"Report” xəbər verir ki, dopinq-testi müsbət nəticə verən Elmar Alıyev 4 il müddətinə diskvalifikasiya olunub. Onun orqanizmində qadağan olunmuş "Urine substitution" ("M2. Chemical and Physical Manipulation") peraparatı tapılıb.

56 kq çəkidə çıxış edən ağırlıqqaldıranın cəzası 12 sentyabr 2018-ci ildən qüvvəyə minib və 12 sentyabr 2022-ci ildə başa çatacaq.

Qeyd edək ki, IWF aprelin 15-də dopinqə görə Nizami Paşayevə 8 il cəza verildiyini açıqlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:20 14.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA