107 saylı dairədən xanım namizəd Prezidentə şikayət etdi: "Onlara seçkiyə müdaxilə gücünü kim verib?" - FOTOLAR

"Hospitaldayam" - İqbal Ağazadə ilə Rauf Arifoğlunun bir-birini təhdid etdiyi dairədə nə baş verir?

Ərdoğan zəlzələdə ölən ana və uşağın cənazəsini çiyinində daşıdı: "Heç kəsin diqqətdən kənarda qalmayacaq"

PARTİYA DEPUTATLA BAĞLI MSK-ya ŞİKAYƏT ETDİ - İcra başçısının müavini niyə görüşlərə qatılır? + FOTOLAR

Etibar Pirverdiyevin Tbilisidə də şərikli şirkəti varmış... - "Azərenerji"nin sabiq rəhbəri haqda yeni məlumatlar yayıldı + Sənədlər

"Bu yaşda insan mübarizə aparmaz, iddiada olmaz, yol kəsməz" - Prezident təqaüdçüsündən yazıçı Anara sərt etiraz

Prezident İlham Əliyev Türkiyədə zəlzələ zonasında oxuyan azərbaycanlı tələbələrlə bağlı tapşırıq verdi

YAP-ın seçki qərarına məhəl qoymayanlar partiyadan qovulacaq - Seçkidə ikitirəlik yaradan namizədlərə mesaj verildi

YAP-ın RƏSMİ QƏRARINI POZAN HEYDƏROVUN KÖMƏKÇİSİ, YAXUD SƏDAQƏT VƏLİYEVANIN MÜAVİNİ... - Partiya ona sərt üzünü göstərəcəkmi?

İki xəstə vəfat etdi, 5 nəfər reanimasiyaya köçürüldü... - Sabirabad Rayon Mərkəzi Xəstəxanasında nə baş verir? + Açıqlamalar

"Xəbər məni son dərəcə sarsıtdı..." - İlham Əliyev Ərdoğana məktub göndərdi

PARLAMENT SEÇKİLƏRİ: deputatlığa iddialıların sayı açıqlandı - 100-ə yaxın namizəd geri çəkilib

"...təxirəsalınmaz addımlar atmağa çağırırıq" - Azərbaycan XİN-dən Paşinyana cavab

img

11-04-2019 [19:54]


"Gücdən istifadə etməmək və gücdən istifadə ilə hədələməmək ifadələrini səsləndirən Ermənistan Baş nazirinə beynəlxalq hüququn bu prinsipləri barədə maariflənmək məqsədilə ATƏT-in 1975-ci il Helsinki Yekun Aktı ilə tanış olmağı israrla tövsiyə edirik".

Mia.az xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin Ermənistan Baş naziri Nikol Paşinyanın Strasburqda mətbuata verdiyi açıqlamasında "təklifimiz Azərbaycanın Qarabağ məsələsində istifadə etdiyi gücdən istifadə, gücdən istifadə ilə hədələmə və hərbi ritorikadan imtina etməsidir” fikri ilə bağlı şərhində bildirilib.

XİN bildirir ki, Helsinki Yekun Aktının məlum 10 prinsipi arasında ikinci yerdə sadalanan "gücdən istifadə etməmək və gücdən istifadə ilə hədələməmək” prinsipi ilə bağlı qeyd olunur: "Dövlətlər qarşılıqlı münasibətlərində, eləcə də ümumiyyətlə beynəlxalq münasibətlərində hər hansı ölkənin ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı və ya BMT və hazırkı bəyanatın məqsədlərinə uyğun olmayaraq, güc tətbiqindən və gücdən istifadə ilə hədələmədən çəkinəcəklər.

Bütün beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıyır və BMT TŞ-nin 1993-cü il tarixli 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu vurğulanaraq, işğalçı erməni qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxması tələb olunur.

Gücdən istifadə olunmamasını təklif edən erməni Baş nazirini bölgədə davamlı sülh, təhlükəsizlik və rifahın təmin olunması naminə öz ölkəsinin silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması istiqamətində beynəlxalq ictimaiyyətin tələblərinə uyğun olaraq təxirəsalınmaz addımlar atmağa çağırırıq".

Digər xəbərlər
SON XƏBƏRLƏR