10-04-2019 [12:54]
Dünən Milli Məclisdə dövlət büdcəsindən mənimsənilən vəsaitlər ətrafında müzakirələr oldu və kifayət qədər ciddi rəqəmlər açıqlandı. Məsələn, deputat Qüdrət Həsənquliyevin Palatanın hesabatına əsasən, büdcədən 23 milyon oğurlandığını, Ziyad Səmədzadənin büdcədən 90 milyon manatın səmərəsiz xərcləndiyini deməsi buna nümunədir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Vahid Əhmədov "Yeni Sabah”a açıqlama verib. Deputat vurğulayıb ki, bu istiqamətdə fikirlər həmçinin Milli Məclisin komitə iclaslarında da səsləndirilib:
"Ümumiyyətlə, Hesablama Palatasından yuxarı nəzarət orqanı yoxdur. Əsas məqsəd dövlət büdcəsində şəffaflığı və hesabatlığı təmin etməkdən ibarətdir. Düzdür, orda son vaxtlar müəyyən işlər görülüb, təqdimatda çox mühüm dəyişikliklər var. Amma fakt odur ki, verilən hesabatlarda ciddi məsələlər mövcuddur.
Məsələn, hesabatda qeyd olunub ki, hardasa 700-dən çox nöqsan aşkar olunub, 120-dən çox kənar dövlət qurumları yoxlanılıb və.s. Elə pozuntular var ki, ilbəil təkrar olunur. Bir var bu il yoxlayırsan, müəyyən qərarlar çıxarırsan və gələn il onun qarşısı alınır. Lakin ciddi problemlərdən biri mühasibat uçotu ilə əlaqədar idi. Biz mühasibat uçotu ilə bağlı təzə qanun qəbul etmişik. Qanun qüvvəyə minib icraya başlayandan sonra görün nə problemlər yaranacaq”.
V.Əhmədov qeyd edib ki, hazırda rüşvət, korrupsiya halları kifayət qədər ciddi hal alıb:
"Belə hallar araşdırılmalıdır. Hesablama Palatasında kifayət qədər sanballı auditorlar, təcrübəli insanlar var. Hesab edirəm ki, onlar öz işlərini təkmilləşdirməlidirlər. Bir var fakt baş verib, bir də var faktın qarşısı vaxtında alınır, mənimsəmə yollarına getmiş insanlar zamanında bu yoldan uzaqlaşırlar. Yəni əsasən bu cür profilaktik tədbirlərə üstünlük verilməlidir. Biz palatanın gördüyü işləri yüksək qiymətləndiririk. Lakin təsəvvür edin, 9 milyard manata yaxın dövlət büdəsini əhatə edən rəqəm var idi, buna baxmayaraq büdcəyə cəmi 25 milyon manat vəsait köçürülüb. Burda sual doğuran məsələlər çoxdur. Bununla əlaqədar olaraq biz Hesablama Palatasına müəyyən təkliflərimizi vermişik. Bu cür halların qarşısı alınmalıdır”.
Zaqatalada institutda kütləvi zəhərlənənlər olub
Türkiyə ilə Küveyt arasında 6 yeni müqavilə imzalanıb - Ərdoğan əmiri təltif edib (FOTO)
Azercell ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır - FOTOLAR
Zelenski və mühafizə xidmətinə sui-qəsd cəhdi: iki polkovnik tutulub
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə daha bir dəyişikliyi təsdiqlədi - Cəzalar artırıldı
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib - FOTOLAR
Slovakiyanın Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
“Electro-İndustries” QSC-nin elektrik vuran işçisi ölüb
3600 manata “Nissan Sunny”, 11 minə “Volkswagen Passat”... - Bakıda 20 maşın hərracda satılıb
Gəncədə daha br əməliyyat: vəzifəli şəxslərə cinayət işi açıldı
Şanlıurfada terror əməliyyatı: 17 nəfər saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib - FOTO
“Badamdar Estates”in baş mühasibinə cinayət işi açılıb
Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Prezident İlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşüb - Birgə bəyanat + FOTOLAR (Yenilənib)
Emin Əmrullayevin qardaşına sərt ittiham var: "Dedi, al bu 100 mini, get və..." - Qalmaqallı məhkəmə işi (VİDEO)
Sabiq Baş nazir prorektor vəzifəsindən azad olunub
Neftçalada molla narkotik satarkən saxlanıldı - Yenilənib
MƏKTƏBDƏ 250 MİN MANATLIQ MƏNİMSƏMƏ: cinayət işi açıldı
Əli Əsədov Kahramanmaraşda: Baş nazir “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış olub
Bakıda oteldə müəmmalı olay: iki nəfər ölüb, ağır vəziyyətdə olanlar var (YENİLƏNİB)
"Fənərbağça"nın kapitanı: "Artıq çempionluq mümkün deyil"
Çempionlar Liqası: PSJ yoxsa "Dortmund"? - Bu gecə "döyüş" olacaq
Ərdoğan Küveyt əmirini hava limanında qarşılayıb - FOTOLAR
Nəsimi rayonunda tədbir keçirilib - FOTOLAR
Sabah leysan yağacaq - Xəbərdarlıq
Bu qanunu pozanlar cərimələnəcək - 12 min manatadək
MHP sədri: "Əllərində ülkücü qanı olanların feriştahı gəlsə, bizdə yapraq belə qımıldamaz"
İsrail əsgərləri daha 22 nəfəri həbs edib
Türkiyə ordusu daha 4 terrorçunu zərərsizləşdirib - Suriyada
Saatlının yeni DYP rəisi kimdir? - Təyinat
Ədliyyə işçiləri ilə bağlı yeni qərar verildi
Növbədənkənar seçki: proporsional sistem, referendum, deputat sayı... - YAP-çı deputatdan maraqlı MÜSAHİBƏ
Əfv Məsələləri Komissiyası bu tarixdə toplanır
Aleks de Souza Türkiyəyə dönür - Bu dəfə baş məşqçi kimi