Qaradağlı kəndində qanunsuz silah aşkar edildi

img

29-03-2019 [16:01]


Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mia.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının cəbhəyanı ərazidə yerləşən Qaradağlı kəndində keçirdiyi tədbirlər nəticəsində 2 ədəd "TOZ” markalı, 1 ədəd "İJ” markalı tüfəng və 8 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır

Digər xəbərlər
SON XƏBƏRLƏR