İmişlidə toyda dava düşdü - 1 nəfər bıçaqlandı

img

27-03-2019 [10:33]


İmişli rayonunda toyda dava düşüb.

Martın 24-də rayonun Məzrəli kənd sakini Adil Nuriyevin həyətində toy şənliyi üçün mağar qurulub və məclis zamanı naməlum şəxs əlindəki bıçaqla Gövhərli kənd sakini, 1956-ci il təvəllüdlü Mustafa Zamanovu sinəsindən bıçaqlayıb.

Faktla bağlı İmişli rayon prokurorluğunda cinayət işi başlanılıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində istintaq hərəkətləri davam etdirilir.

"Qafqazinfo”

Digər xəbərlər
SON XƏBƏRLƏR