18-03-2019 [20:10]
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) yaranmasının 10-cu ildönümü və Novruz bayramı münasibətilə elan olunmuş ənənəvi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mia.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, dövlət rəsmiləri, millət vəkilləri, KİV rəhbərləri və digər qonaqlar iştirak ediblər.
Azərbaycan Dövlət himinin səsləndirilməsi ilə başlayan tədbirin əvvəlində fondun 10 illiyinə həsr olunan film nümayiş etdirilib.
Tədbirdə çıxış edən Ə.Həsənov bildirib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Azərbaycanda kütləvi informasiya vasitələrinin və jurnalistikanın inkişafında önəmli rol oynayıb:
"Fond Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş azad media siyasətinin həyata keçirilməsində önəmli xidmətlər göstərib. Bu fondun yaradılması təşəbbüsünü cənab Prezident İlham Əliyev irəli sürüb. 10 il bundan qabaq fondun yaradılması ilə bağlı Prezidentin sərəncamı imzalandı. Ondan bir il qabaq Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası qəbul olundu. Həm konsepsiyanın qəbul edilməsi, həm də fondun yaradılması Azərbaycanda dövlətin mediaya qayğısını, dəstəyini sistemləşdirən və vahid konsepsiya ilə həyata keçirən bir mexanizmin yaradılmasını ehtiva edirdi”.
PA rəsmisi bildirib ki, 10 ildir Azərbaycan dövlətinin KİV-lərə, jurnalistlərə, onların şəxsi və xidməti ehtiyaclarına, o cümlədən KİV-lərin maddi-texniki vəziyyətinin yaxşılaşdırılmasına, jurnalistlərin sosial problemlərinin həll edilməsinə göstərdiyi dəstək şəffaf şəkildə həyata keçirilir və bu prosesdə heç bir qaranlıq məqam yoxdur:
"Bu 10 il müddətində kütləvi informasiya vasitələrinə, jurnalistlərə nə edilibsə, kollegial şəkildə edilib, KİVDF-nin Müşahidə Şurasının bilavasitə nəzarəti ilə həyata keçirilib. İstər mənzillərin paylanması, istər fərdi yazı müsabiqələrinin keçirilməsi, müsabiqələrdə qaliblərin elan olunması, istərsə də kütləvi informasiya vasitələrinə tirajına və onların potensialına uyğun illik yardımların paylanması tam şəffaf və ədalətli sistem üzrə həyata keçirilib. Ona görə də Prezident İlham Əliyevə Azərbaycan jurnalistlərinin bugünkü məmnunluq nümayiş etdirən münasibəti də ona gətirib çıxarıb ki, neçə ildir davamlı olaraq jurnalistlər İlham Əliyevi özünün dostu seçir. Mən Azərbaycan mediasına göstərdiyi sistemli və şəffaf dəstəyə görə cənab Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Prezident İlham Əliyevin bu siyasətinin həyata keçirilməsində iştirak edən hər kəsə, o cümlədən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına təşəkkür edirəm”.
Daha sonra tədbirdə çıxış edən V.Səfərli bildirib ki, 10 il ərzində Fond tərəfindən bir çox layihələr həyata keçirilib: "İstər yerli icra hakimiyyətləri, istərsə də mərkəzi icra orqanları və digər qurumlarla birgə bir çox layihələr həyata keçirmişik. 10 ildə çox işlər görülüb, jurnalistlərin peşəkarlığının artırılması, sosial-mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində xeyli iş görülüb. Fond ildə 3 dəfə - Novruz bayramında, Milli mətbuatın yaranma günündə və Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il münasibətilə müsabiqə keçirir”.
V.Səfərli Azərbaycan mətbuatına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə mətbuat adından minnətdarlığını bildirib, eyni zamanda, Prezident İlham Əliyevi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanı Novruz bayramı münasibətilə təbrik edib.
Daha sonra mükafatlar təqdim edilib və tədbir bədii hissə ilə davam etdirili
Zaqatalada institutda kütləvi zəhərlənənlər olub
Türkiyə ilə Küveyt arasında 6 yeni müqavilə imzalanıb - Ərdoğan əmiri təltif edib (FOTO)
Azercell ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır - FOTOLAR
Zelenski və mühafizə xidmətinə sui-qəsd cəhdi: iki polkovnik tutulub
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə daha bir dəyişikliyi təsdiqlədi - Cəzalar artırıldı
Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib - FOTOLAR
Slovakiyanın Baş nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
“Electro-İndustries” QSC-nin elektrik vuran işçisi ölüb
3600 manata “Nissan Sunny”, 11 minə “Volkswagen Passat”... - Bakıda 20 maşın hərracda satılıb
Gəncədə daha br əməliyyat: vəzifəli şəxslərə cinayət işi açıldı
Şanlıurfada terror əməliyyatı: 17 nəfər saxlanılıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib - FOTO
“Badamdar Estates”in baş mühasibinə cinayət işi açılıb
Bolqarıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
Prezident İlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşüb - Birgə bəyanat + FOTOLAR (Yenilənib)
Emin Əmrullayevin qardaşına sərt ittiham var: "Dedi, al bu 100 mini, get və..." - Qalmaqallı məhkəmə işi (VİDEO)
Sabiq Baş nazir prorektor vəzifəsindən azad olunub
Neftçalada molla narkotik satarkən saxlanıldı - Yenilənib
MƏKTƏBDƏ 250 MİN MANATLIQ MƏNİMSƏMƏ: cinayət işi açıldı
Əli Əsədov Kahramanmaraşda: Baş nazir “Azərbaycan məhəlləsi”ndə tikinti işləri ilə tanış olub
Bakıda oteldə müəmmalı olay: iki nəfər ölüb, ağır vəziyyətdə olanlar var (YENİLƏNİB)
"Fənərbağça"nın kapitanı: "Artıq çempionluq mümkün deyil"
Çempionlar Liqası: PSJ yoxsa "Dortmund"? - Bu gecə "döyüş" olacaq
Ərdoğan Küveyt əmirini hava limanında qarşılayıb - FOTOLAR
Nəsimi rayonunda tədbir keçirilib - FOTOLAR
Sabah leysan yağacaq - Xəbərdarlıq
Bu qanunu pozanlar cərimələnəcək - 12 min manatadək
MHP sədri: "Əllərində ülkücü qanı olanların feriştahı gəlsə, bizdə yapraq belə qımıldamaz"
İsrail əsgərləri daha 22 nəfəri həbs edib
Türkiyə ordusu daha 4 terrorçunu zərərsizləşdirib - Suriyada
Saatlının yeni DYP rəisi kimdir? - Təyinat
Ədliyyə işçiləri ilə bağlı yeni qərar verildi
Növbədənkənar seçki: proporsional sistem, referendum, deputat sayı... - YAP-çı deputatdan maraqlı MÜSAHİBƏ
Əfv Məsələləri Komissiyası bu tarixdə toplanır
Aleks de Souza Türkiyəyə dönür - Bu dəfə baş məşqçi kimi