Meşə fonduna aid 1 hektar ərazi yandı - Xaçmazda

img

12-03-2019 [16:08]


Bu gün Xaçmaz rayonunda meşə fonduna aid ərazidə yanğın qeydə alınıb.

Mia.az ONA-ya istinadən xəbər verir ki, hadisə rayonun Mirzəmməd kəndində baş verib. Meşə fonduna aid 1 hektar ərazidə quru ot və kol-kos yanıb. Yanğının söndürülməsi üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının daha geniş əraziyə keçməsinin qarşısı alınıb. Ətraf ərazilər yanğından mühafizə olunub.



Digər xəbərlər
SON XƏBƏRLƏR