Şəkidə ağır toqquşma oldu: 10 nəfər yaralandı - SİYAHI

img

10-03-2019 [12:55]


Şəki şəhərində mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların sayı 10 nəfərə çatıb.

Mia.az "Report"a istinadən bildirir ki, bu, "Mercedes" markalı mikroavtobusun Qax rayonundan olan 1987-ci il təvəllüdlü sürücüsü Əliyev Akşin Adil oğludur.

O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta ağırdır.

Sayt xatırladıb ki, yaralananların əksəriyyəti Qaxdan Bakı istiqamətində hərəkətdə olan "Mercedes" markalı mikroavtobusun sərnişinlərdir.

Yaralılar bunlardır:

Bakı sakini - 53 yaşlı İsa Bədrəddin oğlu Hacıyev

Cəlilabad rayon sakini - 26 yaşlı Fərid Zakir oğlu Səmədov

Qax rayon sakini - 24 yaşlı Elməddin İsrafil oğlu İsrafilov

Qax rayon sakini - 36 yaşlı Tural Abdulla oğlu Babayev

Qax rayon sakini - 25 yaşlı Nailə Nəsib qızı Seyidova

Qax rayon sakini - 22 yaşlı Abdul Məcid oğlu Seydəliyev

Bakı sakini - 26 yaşlı Ülfət Qulam oğlu Məmmədli

Qax rayon sakini - 32 yaşlı Neyman Nəriman oğlu Nurməmmədov

Qax rayon sakini - 5 yaşlı Vüqar Emin oğlu Həzrətov

Şəki Rayon Mərkəzi Xəstəxanasından "Report"a verilən məlumata görə, yaralılardan 25 yaşlı Nailə Seyidovanın vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Digər yaralılar cərrahiyyə şöbəsində müalicə olunur.

Qeyd edək ki, hadisə səhər saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistralının yolun Şəki rayonu Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

"99-HD-777" dövlət qeydiyyat nişanlı "Toyota Prado" markalı avtomobillə "Mercedes Vito" markalı mikroavtobus toqquşub.

Digər xəbərlər
SON XƏBƏRLƏR