18-02-2019 [15:18]
"AZZA” şirniyyat evindən alınmış tortun içərisindən sellofan torba çıxıb.
Mia.az xəbər verir ki, bu barədə "Report”a müraciət edən Bakı şəhər sakini Bayram Qubaxanlı məlumat verib. O bildirib ki, AZZA şirniyyat evinin paytaxtın Nəsimi rayonunda yerləşən filialından tort alıb. Amma tortu kəsən zaman içərisindən bükülmüş sellofan torba aşkarlanıb. O, rastlaşdığı xoşagəlməz hadisə ilə bağlı şirniyyat evinə müraciət etsə də, əvvəlcə tortun qaytarılmasının mümkün olmadığını bildiriblər. Bir həftə sonra isə tortu geri alan şirniyyat evinin əməkdaşları hadisə ilə bağlı araşdırmalara başlanacağını qeyd ediblər:
"Əvvəl tortu qaytarmaq isəmirdilər. Mənə dedilər ki, biz inanmırıq, bəlkə özünüz qoymusuz. Amma sonradan sübut olundu ki, sellofan torbanın alıcı tərəfindən tortun içərisinə qoyulması mümkünsüzdür. Mənə bildirdilər ki, araşdırmaların yekun nəticələri haqda məlumat veriləcək. Sonradan gah dedilər ki, sabah, gah dedilər ki, birisigün məlum olacaq. Bir həftədən sonra zəng etdilər ki, tortu götürə bilərəm. Mən də Nizami rayonunda yaşadığımdan orada yerləşən AZZA şirniyyat evindən tortu götürmək istədim. Mənə bildirdilər ki, hadisə ilə hansı filialda qarşılaşmışamsa, yalnız müraciət edə və tortu ancaq oradan götürə bilərəm. Nəhayət, bir həftəlik süründürməçilikdən sonra mən tortu qaytardığım filialdan götürə bildim”.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Report”un sorğusuna cavab olaraq bildirilirb ki, bununla bağlı araşdırmalara başlanılıb: "Araşdırmalar nəticəsində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək".
Agentlik vətəndaşlardan xahiş edir ki, belə hallarla qarşılaşdıqda Agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat versinlər: "Məlumatda məhsulun adı, istehsalçısı, istehsal tarixini qeyd etsinlər".
"Report” məsələ ilə əlaqədar "AZZA” şirniyyat evinə də müraciət edib. Şirkət belə bir hadisənin baş verdiyini təsdiqləsə də, məsələ ilə bağlı əlavə açıqlama vermək istəməyib.
Bolqarıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
Şəhid Habil İsmayılov Lənkəranda dəfn olunub
Yağışlı hava davam edəcək - Xəbərdarlıq
İlham Əliyev Bolqarıstan Prezidenti birgə bəyanat verdi, yeni sənədlər imzalandı - FOTOLAR (Yenilənib)
Türkiyə META-nı cərimələdi - 1,2 milyard
25 minə yaxın şagird Azərbaycan dilindən imtahan verəcək
Qadın qılığında ölkədən qaçmaq istəyən şəxs saxlanılıb - FOTO
Ramiz Mehdiyevə gizli məktubu üzə çıxan sabiq deputat: "Biz bu şantajçıları çoxdan udmuşuq"
Paşinyan Moskvaya gedib - Putinlə görüş olacaq
Baham adaları Fələstini dövlət kimi tanıyıb - Bəyanat
"Əvvəllər deputat olmaq fikrim var idi, indi yoxdur" - Rasim Balayev
Prokurorluq protest verdi, Ali Məhkəımə rədd elədi - General və sabiq rəislərin cinayət işi üzrə daha bir qərar verildi
Sakit okeandakı adada daha bir güclü zəlzələ olub - 6,1 bal gücündə
Məhkəmə Anar Məmmədli barədə daha bir qərar verdi
İsrail ordusu Livana daha 18 zərbə endirib
Sabahın hava proqnozu açıqlandı
Misirlə sərhəddə savaş: 35 fələstinli öldürülüb
Növbədənkənar parlament seçkiləri: AXCP, Müsavat... - Hansı partiyalar iştirak edəcək? (AÇIQLAMALAR)
Azərbaycan və Bolqarıstanın birinci xanımlarının görüşü olub
"Qarabağ" və "Neftçi" klubları cəzalandırılıb
DİM sədrindən imtahanlarla bağlı açıqlama: "Bundan sonra həmin nisbətlər yavaş-yavaş dəyişəcək"
Milli Məclis özünü nə vaxt buraxacaq? - Yeni iddia yayıldı
Partiya qərargahı atəşə tutulub
Nəsimi rayonunda futbol turniri keçirilib - FOTOLAR
Türkiyədə başsız meyit tapılıb - Kəllə hələ də axtarılır (FOTO)
Masallıda əməliyyat: saxlanılanlar var - FOTO
ABŞ-dan bir ilk - İsrailə bomba göndərilməsi təxirə salınıb
Ankarada daha 15 FETÖ üzvü saxlanılıb
Qəzzada savaş qızışıb: İsrail hərbçiləri bələdiyyə binasına od vurub, HAMAS yaraqlıları isə...
“COP29 iqlim konfransı ilə bağlı Ermənistanla razılaşmaya diqqət yetirmənizi istərdik" - Elçin Əmirbəyov
"Beşiktaş"dan Di Maria ilə bağlı açıqlama: "Gündəmimizdə deyil"
Şirvanda vətəndaşları aldadan şəxs tutulub - Açıqlama (FOTO)
Azərbaycan nefti ucuzlaşır
İsrail ordusu Misirlə sərhəddəkı sərhəd qapısını tutdu, ABŞ generalı təcili Qahirəyə gəldi - "Qəzzada atəşkəs mütlıq olmaldır"
Çempionlar Liqası: ilk finalçı bəlll oldu - PSJ uduzdu
Aleks de Souza "Antalyaspor"la anlaşdı - Köməkçisi isə...
Qəzzada BMT-nin daha 6 əməkdaşı həlak olub - Hesabat
Türkiyə kuboku: "Beşiktaş"ı finala yüksəldi
Şotlandiyanın yeni baş naziri bəlli oldu - 64 səslə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR