İstanbulda qaz ehtiyatı kəşf edildi - Nazir açıqladı

img

08-02-2019 [15:49]


İstanbulda qaz ehtiyatı aşkarlanıb.

Mia.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji və təbii ehtiyatlar naziri Fatih Dönmez məlumat verib.

O bildirib ki, İstanbulun Qərbi Çeltik və Tekirdağ Qapaqlı deyilən ərazilərində təbii qaz ehtiyatının varlığı kəşf olunub: "Bir neçə ildir bu ərazilərdə iş aparılırdı. Araşdırmalarımızdan sonra kiçik də olsa, bu ərazilərdə təbii qazın olması dəqiqləşdi. Bir neçə günlük araşdırmadan sonra daha dəqiq açıqlamalar verəcəyik".

Digər xəbərlər
SON XƏBƏRLƏR