107 saylı dairədən xanım namizəd Prezidentə şikayət etdi: "Onlara seçkiyə müdaxilə gücünü kim verib?" - FOTOLAR

"Hospitaldayam" - İqbal Ağazadə ilə Rauf Arifoğlunun bir-birini təhdid etdiyi dairədə nə baş verir?

Ərdoğan zəlzələdə ölən ana və uşağın cənazəsini çiyinində daşıdı: "Heç kəsin diqqətdən kənarda qalmayacaq"

PARTİYA DEPUTATLA BAĞLI MSK-ya ŞİKAYƏT ETDİ - İcra başçısının müavini niyə görüşlərə qatılır? + FOTOLAR

Etibar Pirverdiyevin Tbilisidə də şərikli şirkəti varmış... - "Azərenerji"nin sabiq rəhbəri haqda yeni məlumatlar yayıldı + Sənədlər

"Bu yaşda insan mübarizə aparmaz, iddiada olmaz, yol kəsməz" - Prezident təqaüdçüsündən yazıçı Anara sərt etiraz

Prezident İlham Əliyev Türkiyədə zəlzələ zonasında oxuyan azərbaycanlı tələbələrlə bağlı tapşırıq verdi

YAP-ın seçki qərarına məhəl qoymayanlar partiyadan qovulacaq - Seçkidə ikitirəlik yaradan namizədlərə mesaj verildi

YAP-ın RƏSMİ QƏRARINI POZAN HEYDƏROVUN KÖMƏKÇİSİ, YAXUD SƏDAQƏT VƏLİYEVANIN MÜAVİNİ... - Partiya ona sərt üzünü göstərəcəkmi?

İki xəstə vəfat etdi, 5 nəfər reanimasiyaya köçürüldü... - Sabirabad Rayon Mərkəzi Xəstəxanasında nə baş verir? + Açıqlamalar

"Xəbər məni son dərəcə sarsıtdı..." - İlham Əliyev Ərdoğana məktub göndərdi

PARLAMENT SEÇKİLƏRİ: deputatlığa iddialıların sayı açıqlandı - 100-ə yaxın namizəd geri çəkilib

İctimai Radio verilişlərini yenilədi

img

01-11-2018 [12:12]


Təzə mövsümə yeni nəfəs ilə başlayan və bir çox maraqlı layihələri Azərbaycan efir məkanına gətirən İctimai Televiziya və Radio Yayımları Şirkətinin "90-FM” radiostansiyası test rejimini yekunlaşdıraraq ilk verilişinə başlayıb. Qurumun İctimaiyyətlə Əlaqələr Departamenti xəbər verir ki, artıq noyabrın birindən radioda səhər proqramı dinləyicilərə təqdim olunub.

"Adicə” adlanan səhər şousunun aparıcıları Sevinc Salahova və Gülnar Muradovadır. İnsan münasibətləri haqqında öncül olmağa iddialı səhər verilişində dinləyiciləri həm də fərqli rubrikalar gözləyir. "App-Asan” rubrikasında həyatı asanlaşdıran, maraqlı mobil tətbiqetmələr barədə məlumat veriləcək. Rubrikalardan biri də "Qənaət kraliçası" adlanır. Bu rubrikada dinləyici həyatın müxtəlif sahələrində qənaət etməyin yolları barədə xəbər tutacaq.

Radionun daha bir layihəsi isə indiyədək müraciət edilməyən mövzudadır. "İdarəetmənin əsasları" adlı yeni verilişdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə bu işdə təcrübəsi olanlar tərəfindən məsləhətlər veriləcək. 

Aparıcı Xuraman Süleymanlı naharda iş adamları və biznes sahibləri ilə onların işi barədə söhbətləşəcək. Verilişdə həmçinin sahibkar dinləyicilərin öz biznesləri barədə danışmaq imkanı olacaq. Radiosevərlər "İdarəetmənin əsasları" verilişinin "Milyonerlər məhəlləsi" adlanan rubrikasında milyonçu və milyarderlərin böyük pullara gedən həyat yolu barədə eşidəcəklər.

Bundan başqa radionun aparıcılarından olan Pərvanə Qasımovanın təqdimatı ilə mahnıların tarixçəsi haqqında veriliş bu mövsümdən rubrika şəklində fəaliyyət göstərəcək ki, burada da dinləyicilər müxtəlif musiqi və mahnıların maraqlı hekayələrini eşidəcəklər.

Yeniliklər sırasında daha bir rubrika isə "Nobel prospekti" adlanır ki, burada Adil Oruclu Nobel mükafatçıları olan şəxslər və onların kəşfinin elmə və insanlığa təsirindən danışacaq.

Radiostansiya yaxın gələcəkdə maraqlı verilişləri və yeni rubrikaları ilə dinləyicilərini sevindirməyi planlaşdırır. Yeniliklərin ikinci dalğası özünü çox gözlətməyəcək. Artıq musiqi formatındakı dəyişikliyə dair test rejimi bitmək üzrədir. Tezliklə bəyənilən musiqilər "90 FM” dalğasında dinləyicilərə təqdim olunacaq.
Digər xəbərlər
SON XƏBƏRLƏR