107 saylı dairədən xanım namizəd Prezidentə şikayət etdi: "Onlara seçkiyə müdaxilə gücünü kim verib?" - FOTOLAR

"Hospitaldayam" - İqbal Ağazadə ilə Rauf Arifoğlunun bir-birini təhdid etdiyi dairədə nə baş verir?

Ərdoğan zəlzələdə ölən ana və uşağın cənazəsini çiyinində daşıdı: "Heç kəsin diqqətdən kənarda qalmayacaq"

PARTİYA DEPUTATLA BAĞLI MSK-ya ŞİKAYƏT ETDİ - İcra başçısının müavini niyə görüşlərə qatılır? + FOTOLAR

Etibar Pirverdiyevin Tbilisidə də şərikli şirkəti varmış... - "Azərenerji"nin sabiq rəhbəri haqda yeni məlumatlar yayıldı + Sənədlər

"Bu yaşda insan mübarizə aparmaz, iddiada olmaz, yol kəsməz" - Prezident təqaüdçüsündən yazıçı Anara sərt etiraz

Prezident İlham Əliyev Türkiyədə zəlzələ zonasında oxuyan azərbaycanlı tələbələrlə bağlı tapşırıq verdi

YAP-ın seçki qərarına məhəl qoymayanlar partiyadan qovulacaq - Seçkidə ikitirəlik yaradan namizədlərə mesaj verildi

YAP-ın RƏSMİ QƏRARINI POZAN HEYDƏROVUN KÖMƏKÇİSİ, YAXUD SƏDAQƏT VƏLİYEVANIN MÜAVİNİ... - Partiya ona sərt üzünü göstərəcəkmi?

İki xəstə vəfat etdi, 5 nəfər reanimasiyaya köçürüldü... - Sabirabad Rayon Mərkəzi Xəstəxanasında nə baş verir? + Açıqlamalar

"Xəbər məni son dərəcə sarsıtdı..." - İlham Əliyev Ərdoğana məktub göndərdi

PARLAMENT SEÇKİLƏRİ: deputatlığa iddialıların sayı açıqlandı - 100-ə yaxın namizəd geri çəkilib

“YUĞ” Teatrının kollektivi Türkiyəyə yola düşüb - Festivalda iştirak edəcəklər

img

29-10-2018 [11:14]


Azərbaycan Dövlət "YUĞ” Teatrının kollektivi Türkiyəyə yola düşüb.

Teatrdan Mia.az-a  bildirilib ki, sənət ocağı Mədəniyyət Nazirliyinin dəstəyi ilə Adanada keçiriləcək V Şəhər Teatrları Görüşü Festivalında iştirak edəcək. 

Adana Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrları Müdirliyinin keçirdiyi festivalda "YUĞ” Teatrı ölkəmizi A.P.Çexovun əsəri əsasında hazırlanmış "Təklif. Elçilik” tamaşası ilə təmsil edəcək.

Səhnə əsərinin quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir. Səhnə əsərində Əməkdar artist Vidadi Həsənov, aktyorlar Zümrüd Qasımova və Elgün Həmidov çıxış edirlər.

Proqrama əsasən, "Təklif. Elçilik” tamaşası noyabrın 1-də Adana Böyükşəhər Bələdiyyəsinin tamaşa zalında nümayiş olunacaq.

Festival çərçivəsində, həmçinin noyabrın 2-3-də Türkiyənin Mersin və Tarsus şəhərlərində "Təklif. Elçilik” və "Metamorfoza” tamaşaları da təqdim olunacaq.

Qeyd edək ki, S.Haqverdiyevanın əsərləri əsasında hazırlanmış "Metamorfoza” tamaşasının quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımovdur. Tamaşada rolları aktyorlar Zümrüd Qasımova, Oqtay Mehdiyev və Elgün Həmidov ifa edəcəklər.
Digər xəbərlər
SON XƏBƏRLƏR