Hərbi fotoqraf Əli Qafarov vəfat edib: "Həyatın işi ancaq bizi təkləməkdir..."

img

23-10-2018 [16:09]


Qarabağ müharibəsinə aid nadir fotoların müəllifi, hərbi fotoqraf Əli Qafarov bu gün vəfat edib.

Mia.az xəbər verir ki, bu barədə tanınmış hərbi jurnalist, istefada olan polkovnik İbrahim Rüstəmli məlumat yayıb.

Bu barədə Feysbuk-da İbrahim Rüstəmli  belə yazıb: "Çox dəyərli bir dostumuzu, hərbi fotoqraf ƏLİ QAFAROVU da itirdik. Həyatın işi ancaq bizi təkləməkdir...".

Qeyd edək ki, jurnalist bu gün Bakının Qala qəbiristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR