Mehriban Xanlarovanın verilişi bağlandı

img

23-10-2018 [14:35]


ARB TV-də əməkdar artist Mehriban Xanlarovanın aparıcılıq etdiyi "Canım sizə desin” adlı proqram yayımını dayandırıb.

Bir neçə gündür ki, sosial şəbəkələrdə tənqid olunan veriliş kanal rəhbərliyi tərəfindən bağlanıb.

Məlumatı əməkdar artist "Qafqazinfo”ya təsdiqləyib. O, verilişinin yayımının son olayla bağlı dayandırıldığını qeyd edib.

Qeyd edək ki, ötən həftə M. Xanlarovanın qonağı sosial şəbəkələrdə məşhurlaşan "Azəri Vandam” olmuşdu.

Aparıcı-aktrisanın qonağı ilə birgə şpaqat açaraq "Azəri Vandamı” təqlid etməsi birmənalı qarşılanmamışdı.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA