107 saylı dairədən xanım namizəd Prezidentə şikayət etdi: "Onlara seçkiyə müdaxilə gücünü kim verib?" - FOTOLAR

"Hospitaldayam" - İqbal Ağazadə ilə Rauf Arifoğlunun bir-birini təhdid etdiyi dairədə nə baş verir?

Ərdoğan zəlzələdə ölən ana və uşağın cənazəsini çiyinində daşıdı: "Heç kəsin diqqətdən kənarda qalmayacaq"

PARTİYA DEPUTATLA BAĞLI MSK-ya ŞİKAYƏT ETDİ - İcra başçısının müavini niyə görüşlərə qatılır? + FOTOLAR

Etibar Pirverdiyevin Tbilisidə də şərikli şirkəti varmış... - "Azərenerji"nin sabiq rəhbəri haqda yeni məlumatlar yayıldı + Sənədlər

"Bu yaşda insan mübarizə aparmaz, iddiada olmaz, yol kəsməz" - Prezident təqaüdçüsündən yazıçı Anara sərt etiraz

Prezident İlham Əliyev Türkiyədə zəlzələ zonasında oxuyan azərbaycanlı tələbələrlə bağlı tapşırıq verdi

YAP-ın seçki qərarına məhəl qoymayanlar partiyadan qovulacaq - Seçkidə ikitirəlik yaradan namizədlərə mesaj verildi

YAP-ın RƏSMİ QƏRARINI POZAN HEYDƏROVUN KÖMƏKÇİSİ, YAXUD SƏDAQƏT VƏLİYEVANIN MÜAVİNİ... - Partiya ona sərt üzünü göstərəcəkmi?

İki xəstə vəfat etdi, 5 nəfər reanimasiyaya köçürüldü... - Sabirabad Rayon Mərkəzi Xəstəxanasında nə baş verir? + Açıqlamalar

"Xəbər məni son dərəcə sarsıtdı..." - İlham Əliyev Ərdoğana məktub göndərdi

PARLAMENT SEÇKİLƏRİ: deputatlığa iddialıların sayı açıqlandı - 100-ə yaxın namizəd geri çəkilib

"Bəzi ailələrdə uşaqlara xurafata əsaslanan fanatik təsəvvürlər aşılanır" - Deputat

img

16-10-2018 [16:30]


Milli Məclisin bu gün keçirilmiş plenar iclasında deputat Əflatun Amaşov da çıxış edib.

Mia.az həmin çıxışı təqdim edir: 

"«Uşaqların zərərli informasiyalardan qorunması haqqında» Qanun layihəsi yaxşı hazırlanıb, müasir tələblərə cavab verir. Layihənin hazırlanmasında beynəlxalq təcrübədən səmərəli istifadə edilib. Bu, müsbət haldır. Ona görə də işçi qrupuna təşəkkür edirəm.

Mən burada iki məsələyə toxunmaq istərdim. Birincisi, təklif edirəm ki, qanunun «ümumi müddəalar» hissəsinə «dini xurafat» anlayışını, yaxud ifadəsini əlavə edək. Bu, indiki günümüz üçün çox vacibdir. Çünki bəzi ailələrdə uşaqlara bilməyərəkdən, savadsızlıqdan, bəzən isə şüurlu şəkildə xurafata əsaslanan fanatik təsəvvürlər aşılanır. Bunlar özünü həm məktəbdə, həm də sonralar göstərir.

Əlamətdar haldır ki, indi artıq orta məktəblərdə «Həyat bilgisi» dərsində şagirdlərə islam və digər dinlər haqqında məlumatları çatdırırlar. Onlara dinin mahiyyətini aşılayırlar. Yəni əsl din nədir, əsl islam nədir?

Düşünürəm ki, biz həmin dini xurafat ifadəsini qanuna əlavə etsək, xurafata və dini radikalizmə qarşı daha əsaslı mübarizə apara bilərik.

İkinci məsələ Ekspert Şurası ilə bağlıdır. Layihədə göstərilir ki, informasiya məhsullarının yaşa görə təsnifatlandırılması ekspertlər tərəfindən həyata keçirilir. Ekspert rəyindən narazı qalan informasiya məhsulunun istehsalçısı və ya yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı Ekspert Şurasına şikayət verə bilər. Təklif edirəm ki, Ekspert Şurasının səlahiyyətləri tam olaraq bu qanunda əksini tapsın. Onda Şura daha müstəqil olar. Çünki onun çıxardığı qərarlar çox vacibdir. Yoxsa günlərin birində informasiya məhsulunun istehsalçısının, yaxud yayıcısının təkidi ilə uşaqlarımız zərərli məlumatlarla hətta praym-taym vaxtında belə tanış olacaqlar".
Digər xəbərlər
SON XƏBƏRLƏR