"Musa vəhşi kişidir" - Təranə Qumral

img

26-09-2018 [13:57]


Müğənni Təranə Qumral "5-də 5" verilişində səsləndirdiyi "vəhşi kişiləri sevirəm" fikrinə aydınlıq gətirib.

Mia.az xəbər verir ki, sənətçi "Ölkə.Az"a açıqlamasında həmin ifadənin başqa yerə yozulduğunu deyib:

"Aparıcı Zaur Kamal sual verdi ki, ilandan qorxmursan. Rəqqas Renkaya dedi ki, ilanı at onun üstünə. Dedim ki, boş adamları sevmirəm, vəhşi adamları sevirəm. Bağda ovçarkam var. Evdə də it saxlayıram. Hətta kişinin də vəhşisini sevirəm deyib Musanı göstərdim ki, yəni, yanımdadır. Musanı ona görə sevirəm ki, vəhşi kişidir. Başqa vəhşilər mənə gərək deyil".

Qeyd edək ki, sözügedən proqram "Xəzər" telekanalında yayımlanır.



Digər xəbərlər
SON XƏBƏRLƏR