Azərbaycanın Misirdəki səfirliyində təhlükəli vəziyyət yarandı

img

10-07-2013 [16:09]


Son günlər Misirdə baş verən kütləvi ixtişaşlarla əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyində təhlükəli vəziyyət yaranıb. Publika.Az-ın diplomatik mənbədən əldə etdiyi məlumata görə, hazırda Azərbaycanın Misirdəki səfirliyində şəhərdaxili telefon xəttində də müəyyən çətinliklər yaranıb. Belə ki, səfirliyin telefon xətti hazırda kəsilib. Əlaqə yalnız mobil telefon vasitəsilə mümkündür.

Azərbaycanın Misirdəki səfirliyinin müşaviri Hikmət Hacıyev isə hazırda səfirlikdə telefon xəttinin kəsilməsi faktını təqsdiqləyib.

Xatırladaq ki, Misir ordusu ölkə hakimiyyəti qarşısında ultimatum qoyub. Müdafiə naziri bildirib ki, siyasətçilərin xalqın tələbini yerinə yetirmək üçün 48 saatı var. Əgər bu baş verməsə, hərbçilər ölkədə vəziyyət öz nəzarətlərinə götürəcəkləri ilə hədələyirlər. Ölkədə vəziyyət partlayış həddinə yaxındır. İri şəhərləri bürüyən iğtişaşlar nəticəsində ölənlərin sayı 20-yə çatıb. 1000-ə yaxın yaralı var.

Qahirədə toqquşmalar və talanlar baş verir. Kütlə Azadlıq və Ədalət partiyasının qərargahını ələ keçirib. "Müsəlman qardaşları" hərəkatının qərargahlarından biri də zəbt edilib. Əvvəlcə binanın pəncərələrinə yandırıcı maddə dolduruşmuş butulkalar atılıb. Buna cavab olaraq, atəş açılıb. Daha sonra gənclər qərargaha hücum ediblər və onu ələ keçiriblər. Sənədlər yandırılıb, texniki avadanlıqlar sındırılıb, satılması və istifadəsi mümkün olan hər şey daşınıb.

Misir prezidentinin istefası tələbi ilə 22 milyon imza toplayan gənclər təşkilatının lideri Məhəmməd Mursiyə istefaya getmək üçün mübarizə aparırlar. Ədliyyə, turizm, ekeologiya və rabitə nazirləri artıq istefa veriblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA