Ordu Mursini devirdi, Məhkəmə sədri müvəqqəti prezident oldu, Mursi "Dirənin!" dedi - yenilənir

img

10-07-2013 [16:08]


Misir silahlı qüvvələri tərəfindən prezidenti Məhəmməd Mursiyə verilən məlum ultimatumın vaxtına az qalmış ordu Misir dövlət televiziyasının Qahirə studiyasını ələ gecirib. MIA Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu zaman canlı yayımda vəzifəsini yerinə yetirən TV personalı binanı tərk edib.

Qeyd edək ki, Misir prezidenti Məhəmməd Mursi ordunun proseslərə müdaxilə edəcəyi təqdirdə, geri addım atmayacağını açıqlayıb.

Son məlumata görə, artiq Mursi ordu tərəfindən devrilib. Ordu rəhbərliyi müxalifət və dini liderlərlə görüşdükdən sonra ara sakitləşənə qədər ölkəyə nəzarət edəcəklərini açıqlayıb. Keçici dövrdən sonra isə Misirdə prezident və parlament seçkiləri keçiriləcək.

***
Ordu rəhbərliyi prezidentlik postunu müvəqqəti icra üçün Konstitusiya məhkəməsinin sədrinə həvalə etdi. Artıq keçmiş prezident statusunda olan Mursi isə xalqa, əsasən də tərəfdarlarına ordunun çevrilişinə qarşı sivil dirəniş göstərməyə çağırdı: "Şiddətə baş vurmadan dirənin! Mən bu ölkənin qanuni prezidentiyəm, mənə problemlərin həli üçün zaman tanınmalıdır".

Misirdə gərgin saatlar davam edir, milyonlar küçələrdədir.

Artıq Misir prezidenti Məhəmməd Mursi həbs olunub. Xəbərə görə, bunu "Müsəlman qardaşlar” hərəkatının rəsmi nümayəndələri bildiriblər. Mursinin müşaviri Essam əl-Həddadın da tutulduğu iddia olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA