HiV-ə müayinə zamanı məsləhət alırsınızmı?

img

07-07-2013 [10:25]


gn=left]zaqatala_mart_1__1_.jpg[/libt] Martın 29-da Zaqatala rayonunda gənclər və yeniyetmələr arasında HİV virusuna müayinə və məsləhət xidmətlərinin vacibliyinə dair diskussiya xarakterli tədbir keçirildi. Tədbir Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyinin təşkilatçılığı ilə baş tutdu. Qeyd edək ki, ictimai məlumatlandırma tədbiri təşkilatın ?Ən çox risqə məruq qalan yeniyetmə və gənclərin HİV-ə görə test olunması və məsləhət xidmətləri sahəsində QHT-lərin potensialının artırılması? layihəsi çərçivəsində həyata keçirildi. Layihənin maliyyə dəstəyini BMT-nin Uşaq Fondu (UNİCEF) və Avropa Komissiyası göstərir. 2012-ci ilin oktyabr ayından fəaliyyət göstərən layihə gənclərin və yeniyetmələrin HİV virusuna müayinəyə daha yüksək əlçatanlığının təmin olunması üçün qanunverici bazanın təkmilləşdirilməsi və QHT-lərin bilik və bacarıqlarının artırılmasına yönəlib. HİV virusu ilə bağlı test və məsləhət xidmətlərinə həsr olunan tədbirdə rayonun orta məktəb şagirdləri, tələbələr və zərərin azaldılması layihəsinin iştirakçıları iştirak etdi. Gənclər arasında mövzu ilə bağlı diskussiyalar təkcə masa arxasnda yox, bilavasitə məktəblərin qarşısında davam etdi: diskussiyaya qoşulan yeniyetmələr HİV virusuna dair məlumatlandırma vasitələrinin (plakatlar və kitabçalar) yaşıdlarına paylanmasında da fəallıq göstərdilər. Tədbirdə çıxış edən təşkilatın sədri Z.Mustafayevanın sözlərinə görə, ölkəmizdə HİV virusu əsasən, risqli davranışa malik qruplar arasında yayılır: ?Bunlar venadaxili narkotik istifadə edənlər, seksual xidmət göstərənlər, miqrantlar və digərləridir. Onlar üçün ayrıca olaraq zərərin azaldılması proqramları tətbiq olunur. Lakin HİV-ə yoluxmada ən yüksək risq qruplarından biri də gənclərdir. Məhz bu baxımdan, gənclərə yönəlik proqramların daha da artırılması və təkcə maarifləndirmə yox, profilaktikanın da əsaslı şəkildə aparılması vacibdir. Əsas odur ki, gənclərin və yeniyetmələrin HİV virusuna müayinəyə və məsləhət xidmətlərinə çıxışı daha da asan olsun, onlar çəkinmədən bu müayinələr üçün müraciət etsinlər və onlara daha peşəkar və təcrübəli insanlar xidmət göstərsin?. Z.Mustafayevanın sözlərinə görə, hazırda HİV müayinə ölkənin müxtəlif regionlarında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin labloratoriyaları, həmçinin yerli xəstəxanaların nəzdində yaradılan könüllü məsləhət və müayinə kabinetləri (KMM) vasitəsilə həyata keçirilir və bu müəssisələrdə həmçinin testöncəsi və testdən sonra məsləhətlər verilir: ?Amma yeniyetmələr və gənclər üçün bu xidmətlərdən sərbəst şəkildə istifadə bəzən daxili diskriminasiya, psixoloji basqılar, ya da sadəcə, xəstəxana xofu üzündən istifadə edə bilmirlər. Xəstəxana qapılarını döyüb HİV müayinə üçün gəldiyni demək, gənc və hələ bu virus barədə tam məlumatlı olmayan şəxs üçün çox ağırdır. Bu qapının arxasında onu nə gözləydiyini də bilmir, analizi verdikdən sonra cavabını almağa da qorxur. Amma bildiyi bir şey var, o da odur ki, günlərin birində öz yaşıdları ilə birlikdə əylənib və özü üçün, sağlamlığı üçün ciddi təhlükəyə çevrilə biləcək qorunmamış cinsi münasibətə girib. Bəs evdə bunu necə deyəcək? Analiz vermək üçün səbəbini necə izah edəcək? Bütün bunlar onu deməyə əsas verir ki, gənclərimiz və yeniyetmələr üçün valideyn icazəsi olmadan və xof, vahimə yaşamadan, onu daha yaxşı anlaya bilən və başa düşən insanların əhatəsində bu müayinələrdən keçməlidirlər. Onların öz sağlamlığını təmin etmək, HİV statusunu sərbəst olaraq öyrənmək yolunda heç bir baryer qalmamalıdır?. Tədbirdə iştirak edən, layihənin eksperti E.Mustafayevin sözlərinə görə, əksər hallarda gənclərin təhlükəli vərdişlərindən (siqaret çəkmək, erkən cinsi münasibətlər) valideynlərin xəbəri olur: ?Amma çox vaxt valideynlər ya pərdə saxladıqları üçün, ya da sadəcə, özlərinə sıgışdırmadıqları üçün bu mövzuları uşaqlarının yanında açmır. Onları müayinəyə aparmaq da məhz bu ağır münasibətlərin arxasında qalır. Gənclər üçün daha əlçatan və özlərini rahat hiss edə bildikləri məkan olmalıdır ki, onlar həm doğru məsləhət ala bilsinlər, həm psixoloji baxımdan basqı hiss etməsinlər, həm də onların müvafiq müəssisələrə əlaqələndirilməsi mümkün olsun. Belə bir yer isə QHT-lərin bazasında açıla bilər?. Tədbirdə gənclərin və yeniyetmələrin çoxsaylı sualları cavablandırıldı, zərərin azaldılması layihələrinin autricləri və sosial işçiləri isə öz təcrübələrində daha çox rast gəlinən hallarla bağlı diskussiya təşkil etdilər. Tədbir bütövlükdə 36 nəfəri əhatə etdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA