Qubada gənclər arasında təzviqat tədbiri keçirildi

img

07-07-2013 [10:23]


gn=left]quba_yanvar.jpg[/libt] Yenyetmə və gənclərin HİV-ə müayinəyə əlçatanlığı varmı? Yanvarın 16-da Quba rayonunda gənclər üçün ?HİV virusu gəncliyi təqib edir? adlı ictimai məlumatlandırma tədbiri keçirildi. Rayonun orta məktəblərinin yuxarı sinif şagirdlərinin və tələbələrin iştirakı ilə keçirilən tədbirdə HİV virusuna müayinə və gənclərin bu müayinələrə cəlb olunması ilə bağlı hazırda ölkəmizdə QHT-lər tərəfindən həyata keçirilən fəaliyyət barədə məlumat verildi. Toplantı iştirakçılarını bu barədə Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyinin sədri Z.Mustafayeva məlumatlandırdı. Onun sözlərinə görə, hazırda gənclər və yeniyetmələr arasında həyata keçirilən bu fəaliyyət BMT-nin Uşaq Fondu (UNİCEF) və Avropa Komissiyası ilə birlikdə reallaşır. Layihənin məqsədi ən çox risqə məruq qalan yeniyetmə və gənclərin HİV-ə görə test olunması və məsləhət xidmətləri sahəsində QHT-lərin potensialının artırılmasına yönəlib. Layihəni Şərqi Avropa məkanında bir neçə ölkədə həyata keçirilir. Azərbaycanda isə layihənin partnyorları Hüquqi İnkişaf və Demokratiya İctimai Birliyi, AİDS-lə Mübarizə İctimai Birliyi və Gənclər Təşkilatları Milli Şurasıdır. Hazırkı tədbirin HİV-lə mübarizə sahəsində gənclər arasında təbliğat və təşviqat xarakteri daşıdığını qeyd edən Z.Mustafayevanın sözlərinə görə, onlar həmçinin layihənin fəaliyyət istiqamətləri və görüləcək işlərlə bağlı daha ətraflı məlumat vermək və qarşıdakı müddətdə gəncləri və yeniyetmələri daha sıx şəkildə bu fəaliyyətlərə cəlb etmək niyyətindədirlər: ?Artıq keçən ilin dekabr ayından etibarən, yeniyetmə və gənclər arasında HİV-ə testləşmənin mövcud vəziyyətini qiymətləndirəcək onlayn sorğular keçirilir. Bu bölgədə də sorğuların keçirilməsi planlaşdırılır və bunun üçün bizim autric və sosial işçilər gənclərin və yeniyetmələrin daha çox toplaşdığı yerlərdə, habelə əyləncə məkanlarında planşetlər vasitəsilə onları onlayn sorğulara cəlb edirlər. Sorğularda iştirak edənlər habelə, zərərin azaldılması layihələrinin iştirakçılarıdır. Hazırda bu layihələrdə gənclər və yeniyetmələrin sayı çox azdır, lakin bu layihə müddətində autriclər və sosial işçilər daha çox sayda gəncin zərərin azaldılması layihələrinə cəlb olunmasına nail olacaqlar?. Z.Mustafayeva onu da əlavə etdi ki, sözügedən layihə ölkəmizdə yeniyetmə və gənclər üçün HİV müayinədən keçməyin daha əlçatan olması üçün davamlı advokasiya fəaliyyətinin aparılmasını nəzərdə tutur və bunun üçün hazırda qanunverici baza araşdırılır və müvafiq təkliflər hazırlanacaq. Layihənin eksperti E.Mustafayev çıxışında HİV virusu ilə bağlı ölkəmizdəki hazırkı duruma dair məlumat verdi. Onun sözlərinə görə, regionun digər ölkələrində olduğu kimi, Azərbaycanda da gənclər HİV-ə yoluxma baxımından risq qrupu olaraq daha çox diqqət mərkəzindədirlər: ?Düzdür, ölkəmizdə bu istiqamətdə maarifləndirmə aparılır, gənclərə yönəlik müxtəlif proqramlar uğurla həyata keçirilib. Lakin bu maarifləndirmə ən vacib məqamlardan biri də onun profilaktik tədbirlərlə uzlaşdırılmasıdır. Əgər risqli davranışı olan gəncin və ya yeniyetmənin bununla bağlı HİV müayinədən müstəqil şəkildə, özünün istədiyi zaman keçməsi mümkün deyilsə, bu, şəxsin öz statusunu vaxtında öyrənə bilməməsi ilə nəticələnir. Amma gənclər və yeniyetmələr daha çox valideynlərin razılığı və bəzən də müşayiəti ilə bu testlərə cəlb olunur və bu halda, yeniyetmənin müstəqil münasibətinə şərait yaradılmır. Gəncləri həmçinin ağır xəstəxana qapıları, həkim nəzarəti sıxır və sərbəst müayinədən çəkindirir. Amma bu test və məsləhət xidmətləri onlar üçün daha əlçatan yerdə və mühitdə olsaydı, təbii ki, müayinə və test işlərinin gənclər arasında genişləndirilməsinə dəstək verə bilərdi. Bu baxımdan, indi həyata keçirilən layihənin də əsas məqsədlərindən biri HİV müayinə və məsləhətlərin daha əlçatanlığı üçün QHT-lərin potensialının artırılması və onların bazasının gücləndirilməsi yolu ilə bu müayinə və məsləhətlərin həyata keçirilməsinə dəstək verməkdir?. Sosial işçi Sədaqət Əzizova və autric işçi Akim Əskərovsa çıxışlarında vurğuladılar ki, regionlarda risq qrupun aid olan gənclərin və yeniyetmələrin HİV test və məsləhətlərə cəlb olunması üçün hazırda mövcud zərərin azaldılması proqramlarının əhatə dairəsi genişləndirilir və layihələrdə yeniyetmə və gənclərə yönəlik xidmətlərin artırılması üçün səy göstərilir. Tədbirin sonunda qeyd olundu ki, iştirakçılar tam anonim şəkildə və kənar təzyiqlər olmadan onlayn sorğularda iştirak edə bilərlər və bunun üçün onlara internetə çıxışı olan planşetlər təqdim olunacaq. Bundan sonra rayonun daha bir neçə ərazisində də gənclərlə layihə işçilərinin kiçik görüşləri keçirildi və onlar onlayn sorğulara cəlb olundular. İnteraktiv keçən məlumatlandırma tədbiri ilə gənclər və yeniyetmələr daxil olmaqla, 48 nəfər əhatə olundu. Zülfiyyə Mustafayeva yanvar, 2013-cü il

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA