Ərdoğan Avropa Birliyinə meydan oxudu: ?Siz kimsiz ki, mənim ölkəmlə bağlı qərar qəbul edirsiniz??

img

14-06-2013 [01:28]


?Siz kimsiz ki, mənim ölkəmlə bağlı qərar qəbul edirsiniz. Sizin buna ixtiyarınız çatmır. Biz nə lazımıdırsa edirik. Biz bu ölkədə sevimli və həqiqətən səmimi olan 11 nümayəndə ilə görüşdük. Böyüklərini qəbul etdik. Açıq müzakirələr etdik. Siz də qeyri leqal qruplaşmalarla aranıza pərdə çəkməyə məcbursuz?. Mia.az xəbər verir ki, ANS PRESS-in Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu Rəcəb Tayyib Ərdoğan Avropa Birliyinin bu gün qəbul etdiyi qərarı şərh edərkən deyib. Avropa Parlamentinin qəbul etdiyi qərarı tanımadığını deyən baş nazir avropalı parlamentariləri Yunanıstana nəzər salmağa çağırıb. ?Yunanıstanda xalqla polis qarşı-qarşıya gəldikdə Avropa Birliyininin rəsmiləri, ?Eurozone? onlara pul verməkdən başqa nə etdilər? Heç bir şey. 100 milyardla vəziyyəti sabitləşdirməyə çalışdılar. Aksiyaçılar aciz, işsiz olduqları üçün onlardan istifadə etdilər?, - Ərdoğan vurğulayıb. Gəzi parkında aparılan tikinti işlərinə toxunan baş nazir deyib: "600 ağacdan yalnız 70-80-i çıxarılacaq. Topçu Kışlası da şəhər muzeyi olacaq. Burada qazanan İstanbul olacaq, Seka fabrikini sökəndə kim etiraz etdi? CHP. Günlərlə, həftələrlə aksiyalar keçirdilər. İndi orada böyük bir park və muzey var. İndii kim haqlıdır?, - baş nazir əlavə edib. Aksiya iştirakçılarına müraciət edən Ərdoğan hökumətin qərarından vaz keçməyəcəyini bildirib. "Sizlər səmimi olaraq tələblərinizi irəli surdüz. Amma sizin bu səmimiyyətinzdən istifadə edənlər var. Müəyyən qrupların maraqları var. Onların oyunlarına alət olmayın. Siz oradan çəkilin, bizi həmin qruplaşmalarla qşarşı-qarşıya qoyun. Onların öhdəsindən biz gələrik. Çünki bu park istanbullularındı, turistlərindi.Bir yerə qədər səbr etdik. Artıq səbrimiz tükənmək üzrədir. Bir daha xəbərdarlıq edirəm. Analar və atalar, lütfən övladlarınıza sahib çıxın. Oradan çəkilsinlər. İstanbul xalqı nə qərar versə, ona tabe olacağıq", - Ərdoğan vurğulayıb. Xatırladaq ki, Avropa Birliyinin bu gün keçirilən iclasında parlamentarilər Ərdoğanı istefa verməyə çağırıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA