Türkiyədə nə baz verir?

img

08-06-2013 [12:09]


Son günlər qardaş Türkiyədə - İstanbulda Gəzi Parkında ağacların çıxarılmasına etiraz olaraq yüz minlərlə insan hökumətin əleyhinə aksiyalar keçirməkdədirlər. Artıq aksiyalar bütün Türkiyəni bürüyüb. Etirazlar sosial etirazdan siyasi proseslərə transfer olunmaqdadır. Ümumiyyətlə, bu proseslər Türkiyə üçün nələr vəd edir? Bununla bağlı rəyini öyrəndiyimiz ekspertlər öz fikirlərini bildiriblər. ?Son günlər Türkiyədə baş verən hadisələri hamı kimi, məni də narahat etməyə bilməz. Baş verən hadisələrə hər kəsin öz fikri ola bilər və ona hörmətlə yanaşmalıyıq?. Bu sözləri millət vəkili Adil Əliyev Türkiyədə baş verən hadisələrə münasibət bildirərkən dedi: ?Yaşanan hadisələr ürəyimizi ağrıdır. Qardaş ölkədə hansısa ürəkağrıdıcı hadisə baş verən zaman buna ən çox üzülən Azərbaycan insanı olur. Hamımız yaxşı bilirik ki, Türkiyəni istəməyən qüvvələr çoxdur. Onlar Türkiyənin güclənməsindən, inkişafından narahatdırlar və baş verə biləcək hadisələri öz maraqları üçün istifadəyə cəhd edə bilərlər. Unutmamalıyıq ki, burada nə olacaqsa, bunun ən böyük zərbəsi Türkiyə və türk xalqına dəyəcək. Bu isə düşmənlərin sevinməsinə səbəb olacaq. Amma Türkiyə güclənərsə, bu, bütün türk dünyasının güclənməsi deməkdir. Tarixdə Osmanlı necə çökdürüldüsə, eynilə Türkiyə dövlətini çökdürməyə çalışan dövlətlər çoxdur. Bunu hamımız yaxşı bilirik. Yeganı yol hamını ortaq məxrəcə gətirə biləcək birlik bə bütövlükdür?. *** ?Hər halda, baş verənlərə qərb mediasının bu cür eyni üslub və yanaşma şəklində münasibəti bundan çübhələnmək üçün əsas verir. ?Guardian? ?Türk baharı? barədə yazır, ?New York Times? ?Taksim?lə Misirdəki ?Tahrir? meydanını müqayisə edir?. Bu sözləri isə ?Oğuz? Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, geosiyasi analitik Dr. Vüqar Zifəroğlu Türkiyədə baş verən hadisələrin arxasında xarici qüvvələrin dayanması ilə bağlı sualımızı cavablandırarkən bildirdi. ?Müxtəlif təşkilat və vəqflər aktivlik göstərirlər. Ya bəyanat yaymaqla, ya da birbaşa Türkiyədəki nümayəndələrini Taksimə göndərməklə. Bu səfərbərlikdə öncədən hazırlıq havası hiss edilir. Və bütün bunlar Suriya məsələsinin davam etdiyi, sonu hələ də dövlət maraqları baxımından hansı nəticələr verə biləcəyi ciddi şübhələrə yol açan ?kürd açılımı? və seçkilərin astanasında baş verir?, - deyə V.Zifəroğlu söylədi. Analitik bəzi media orqanlarının bu hadisələri ?Türk baharı?nın başlanması ilə əlaqələndirməsinə isə belə cavab verdi: ?Hər halda, hadisələrin istiqaməti dəyişə bilər. Və əslində hər şey məhz ərəb ölkələrində baş verən ?bahar?ın Türkiyəyə də gətirilməsinə hesablanıb. Lakin Türkiyə ərəb ölkələri deyil və orada olan atmosfer tam fərqlidir. Bu səbəbdən də belə bir ssenarinin qardaş ölkədə də təkrarlanacağına inanmıram. Baxmayaraq ki, hadisələr AKP iqtidarına kifayət qədər ciddi zərbələr vuracaq və bu da özünü nəticə etibarı ilə qarşıdan gələn seçkinin nəticələrində göstərməlidir?. ?Dinçilər, kommunistlər və PKK-çılar tərəfindən Türkiyə daxili müharibəyə sürüklənir?. Bu sözləri Ankaradan Abit Öztürk Türkiyədə cərəyan edən hadisələrə münasibət bildirərkən dedi: ?Küçələrdə türk bayrağına nifrət edənlər türk bayrağı ilə gəzirlər. Bu, mənə çox pis təsir edir. Bunlar dünənə qədər oraq-çəkiç bayrağı qaldıranlar deyildilərmi? Hazırda əllərinə türk bayrağı alıb kimi aldadırlar? ?Mavi Mərmərə? gəmisini türk bayrağı ilə idarə edənlər, fəqət, türk bayrağından nifrət edən ?mavi mərmərə?çilər kimidirlər?. ?Türkiyə güclü olmalıdır. Türkiyənin güclü olması Azərbaycanın güclü olması deməkdir?. Bu sözləri isə Dünya Azərbaycanlıları Konqresinin sədr muavini Dr. Asif Qurban söylədi. ?Təbii ki, polisin də müdaxiləsi sərt şəkildə oldu. Bunun məsulları cəzalandırılmalıdır. Ancaq bu vəziyyətdən istifadə edən bəzi qruplara diqqət etmək lazımdır. Aksiyalar zamanı dövlət binalarına və ticarət mərkəzlərinə zərər verənlər bu ölkənin yaxşılığını, inkişafını istəməyən qüvvələr ola bilərlər. Onlar insanlara maddi zərər verirlər. Sonda onu təəssüflə demək istəyirəm ki, aksiyalar zamanı bəzi ermənipərəst və separatçılar etirazın önündə gedirdilər. Bu bizi düşündürməlidir. Olayların baş verdiyi Gəzi Parkının maraqlı tarixi var. Belə ki, maraqlanmaq istəyənlər internətə ?Gezi Parki ermeni? sözlərini yazmaqla maraqlı yazılarla rastlaşacaqlar?. Elnur Eltürk

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA