Elmar Məmmədyarov Obamanın xüsusi köməkçisi ilə görüzüb

img

04-06-2013 [12:25]


işlər naziri Elmar Məmmədyarov ABŞ-a səfəri çərçivəsində ABŞ prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasında Avropa Məsələləri üzrə direktor Karen Donfrid ilə görüşüb. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı ABŞ və Azərbaycan arasında ikitərəfli münasibətlər, həmçinin BMT və NATO kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq barədə müzakirələr aparılıb. Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verərək, münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini və bu tələbin BMT Təhlükəsizlik Şurasının qətnamələrinin müddəalarında əks olunduğunu bildirib. Karen Donfrid ABŞ administrasiyasının münaqişənin sülh yolu ilə ədalətli həllinin tərəfdarı olduğunu bildirib və bunun regionun inkişafı baxımından önəmli olacağını qeyd edib. Azərbaycanın regionun enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rolunu qeyd edərək, bu sahədə də uğurlu əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA