Deputat Əsabil Qasımov: ?çörçill qələt eləyir...?

img

02-06-2013 [05:19]


ADP-nin İmişli rayon təşkilatının sabiq sədri Məhbub Zülfüqarlı ilə sözügedən rayonun deputatı Əsabil Qasımov arasında insident yaşanıb. Bu barədə mia.az-a açıqlama verən M.Zülfüqarlı deputat Əsabil Qasımovla aralarındakı insidentin səbəbinin may 27-də Şirvan İnzibati-İqtisadi Məhkəməsində hakim R.Eyvazovun sədrliyi ilə keçirilən məhkəmə prosesindən qaynaqlandığını yazır: ?3 il əvvəlki təbii fəlakətdən zərərçəkən 21 nəfər İmişli sakinin iddiaları üzrə məhkəmədə yaşanan xoşagəlməz hallarla bağlı rayonun deputatı Əsabil Qasımovala görüşmək istədim. Çünki İmişli İcra Hakimiyyətinin nümayəndəsinin qatılmadığı məhkəmə prosesində xeyli xoşagəlməz hallar vardı ki, bununla bağlı deputatımızın dəstəyinə ehtiyac vardı?. Həmsöhbətimiz deyir ki, zərərçəkənlərin arasında YAP yaranandan onun üzvü olan ağsaqqal, deputat Xanhüseyn Kazımlının əmisi oğlu Nurəhməd Kazımovun da adı var. Onunla bərabər, iddiaçıları dövlət qurumlarının əsassız məktubları çıxılmaz vəziyyətə salınıb: ?Bu 3 ildə 5 nəfərin evinə baxış keçirilib və evlərin tam yararsız olduğu təsdiqlənsə də, rayon İcra Hakimiyyətinin məhkəməyə təqdim etdiyi məktubda yazılır ki, iddiaçıların evləri tam yararlıdır. Bu və ya digər nüanslarla bağlı şikayətçilərin xahişi ilə mayın 29-da Ə.Qasımovun rayonda təmir etdirdiyi məktəbə yollandım. Köməkçisinə iddiaçıların etirazını çatdırmaq istədim. Təsadüfən deputatın özü də orada idi. Təhsil şöbəsinin müdiri Ramiz Əmirov, məktəbin direktoru V.Zülfüqarova, köməkçisi R.Həşimov da onun yanında idi. Əsabil Qasımov məni görən kimi yarıciddi, yarıgülümsər mənə sarı gəldi. Elə bildim ki, keçmiş iş yoldaşı kimi məni xoş qarşılayacaq. O, mənim pencəyimin cibində olan ?Azadlıq? qəzetini hikə ilə cibimdən çıxardıb, yerə çırpdı və dedi: ?Niyə bu xalq düşmənlərinin qəzetini oxuyursan, hökümətdən nə istəyirsiniz??. Sakitcə ona cavab verdim ki, qəzetdə prezident İlham Əliyevin, Kəmaləddin Heydərovun, Oqtay Əsədovun və bir də Çörçilldən bir səhifəlik yazı var. ?Çörçill kimdir? deyə soruşanda, ona Çörçillin kimliyini izah etdim. Deputat isə ?Çörçill qələt eləyir, dünyada ən güclü siyasətçi İlham Əliyevdir. O müxalifətçilər xalq düşmənləridir, səni də zəlil ediblər, özlərini də, onlardan aralan dedi?. Bildirdim ki, səhvin var , bəs xalan oğlu olan Əhalinin Sosial Müdafiəsi Mərkəzinin sabiq rəisi, YAP İmişli rayon təşkilatının heyət üzvü Nazim Xəlilovu kim həbs etdirib, zəlil edib??. Şikayətçi deyir ki, o, ADP İmişli Rayon Təşkilatının sədrliyindən və üzvlüyündən 2 ildir istefa verib: ?Hal-hazırda hüquq müdafiəçisi və jurnalist kimi təmənnasız olaraq Ə.Qasımovun əvəzinə şəhid ailələrini, müharibə veteranlarının, Qarabağ əlillərinin, hətta YAP-çıların hüquqlarını müdafiə edirəm. Əsabil Qasımovun mənə qarşı təhqiramiz hərəkətləri isə məktəbin təmirində işləyən rayon sakinlərinin də hiddətinə səbəb oldu. Sözsüz ki, bu hərəkət Əsabil Qasımova müsbət sonluq vəd etmir. Çox yaxşı olardı ki, o, kimlərisə təhdid etməkdənsə, səlahiyyətinə uyğun olmayan məktəb təmirində iştirakına aydınlıq gətirsin?. Qarşı tərəfi dinləməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:26 05.07.2025

Sabah yağış yağacaq