Səfir Polad Bülbüloğlu: ?Milyarderlər ittifaqı? barədə danızmaq istəmirəm?

img

31-05-2013 [06:06]


?Azərbaycan və Ermənistan səfirlərinin təşəbbüsü ilə bu yaxınlarda icmaların görüşü gözlənilmir. Qarşı tərəf bu məsələni uzadır və heç bir səbəb də göstərilmir?. Bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib. O qeyd edib ki, Azərbaycan tərəfi görüşlə bağlı öz təkliflərini verib. Rusiyadakı azərbaycanlı oliqarxların yaratdığı ?Milyarderlər İttifaqı? ilə bağlı suala isə səfir ?mən bu barədə heç bir şey fikirləşmirəm, danışmaq istəmirəm?, - deyə cavab verib. Rusiyaya gəlmək üçün viza rejiminin tətbiqi ilə bağlı isə səfir qeyd edib ki, Azıərbaycan vətəndaşları onsuz da xaricə ümumvətəndaş pasportu ilə gedirlər: ?Bizim üçün bu barədə heç bir problem yoxdur. Viza rejimin tətbiqi ilə bağlı rəsmi bir şey yoxdur, amma belə olarsa, viza rejimi Azərbaycanda da tətbiq olunacaq. Amma bu gün rəsmi səviyyədə belə bir şey yoxdur. Sadəcə olaraq bunlar söz-söhbətdir? (modern.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA