İTV-də daha bir departament rəhbəri işdən çıxarıldı

img

13-09-2018 [11:38]


İctimai Televiziya və Radio Yayımları Şirkətində daha bir kadr ixtisarı baş verib.

Bu barədə İTV-dən Modern.az-a daxil olan məlumatda qeyd edilib. Bildirilib ki,şirkətin Xəbərlər departamentinin rəhbəri Ələsgər Vəliyev vəzifəsindən azad olunub.

Hələlik onun yerinə təyinat olmayıb.

Qeyd edək ki, Balakişi Qasımov İctimai Televiziyaya (İTV) baş direktor təyin olunandan sonra iş prinsiplərinin səmərəliliyin artırılması adıyla təqribən 120 nəfər peşəkar televiziya mütəxəssisi işdən azad edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA