Ilham Əliyev Yunanıstanın Baz nazirini qəbul edib

img

20-05-2013 [03:25]


;rbaycan Prezidenti İlham Əliyev ölkəmizdə işgüzar səfərdə olan Yunanıstanın Baş naziri Antonis Samarasla görüşüb. Görüşdə Azərbaycan ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, mədəni sahələrdə uğurla inkişaf etdiyi qeyd olundu. Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığının bundan sonra da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu vurğulandığı görüşdə ikitərəfli münasibətlərin Azərbaycan Avropa İttifaqı əlaqələri baxımından önəmli olduğu bildirildi. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıldı. Sonra danışıqlar işçi nahar zamanı davam etdirildi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA