Qənirə Pazayeva Türkiyədə konfransa qatılıb

img

20-05-2013 [11:08]


Millət vəkili Qənirə Paşayeva Türkiyənin Ordu Universitetində keçirilən ?Bir millət iki dövlət: gələcək prespektivlər? konfransda işitirak edib və universitetin rektoru professor Haluk Kefelioğlu ilə görüşüb. Görüşdə Ordu Universitetinin rektoru prof. H.Kefelioğlu qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən məmnun olduğunu bildirib. Q. Paşayeva da Azərbaycan universitetlərinin Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib və Ordu Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişləndirilməsinin önəmini bildirib. Millət vəkili Ordu Universitetinin rektoru prof. H. Kefelioğluna Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət barədə məlumat verib. Q. Paşayeva Ordu Universitetində təhsil alan bəzi azərbaycanlı tələbələrlə də görüşüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA