10-05-2013 [01:05]
Bu gün Bişkekdəki Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun prezidenti Nüsrət Məmmədov Qırğızstan Dövlət Milli Təhlükəsizlik Komitəsinə çağrılıb. Bişkekdəki mötəbər mənbəmizdən aldığımız məlumata görə, Fondun sədri 2 saata qədər DMTK-da dindirilib. Fondun sədri Nüsrət Məmmədovun QR DMTK-ya çağrılmasına səbəb Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucovun bu quruma yazdığı şikayət ərizəsi əsasında baş tutub.
Belə ki Azərbaycanın bu ölkədəki fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov vəzifə səlahiyyətlərini icra etməyə başladığı ilk gündən fondun fəaliyyətinə maneələr yaratmağa çalışır. Səfir Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun keçirdiyi tədbirlərdə iştirak etsə də Fondun işlərinə qısqanclıqla yanaşır. Keçirdiyi bütün görüşlərdə fondu aşağılamağa çalışır, fondla heç bir əlaqənin qurulmamasını tövsiyə edir.
Mənbəmizin bildirdiyinə görə səfir Hidayət Orucov Fondun 2004 cü ildən hər cürə təzyiqlərə sinə gərərək Ulu Öndər Heydər Əliyev adını daşıyacaq Parkın salınması üçün aldığı torpaq sahəsinə sahiblik etmək istəyir. Fondun rəhbəri Nüsrət Məmmədovun Parkın salınmasında şəxsi marağının olduğu fikrini formalaşdırır. Mənbənin Nüsrət Məmmədovla danışıqları zamanı aydın olmuşdur ki, Fond Parkın salınması və abadlaşdırılması məsələsini öz üzərinə götürüb. Belə olan halda hansı şəxsi maraqdan söz gedə bilər? Nüsrət Məmmədov səfirlə görüşü zamanı Hidayət Orucovdan ona yaxın hər hansı bir adamın fonda təhkim olunmasını və birgə işləmələrini təklif edib ki, arada olan xoşagəlməz söz söhbətlər aradan qaldırılsın. Səfir də Fondun sədrinin həmin təklifini başqa cür yozaraq rəsmi qurumlara Parkın salınmasında onun şəxsi maraqlarının olmasında onları inandırmağa çalışır. Nüsrət Məmmədov mənbəmizə demişdir ki, sağlam fikirli adamlar belə bir şeyi fikirləşə belə bilməzlər. Çünki fond özünün maliyələşdirdiyi bir işdən hansı bir şəxsi maraq güdə bilər?
Fondun sədri daha sonra mənbəmizə bildirmişdir ki, Hidayət Orucov bu işdə tək deyildir. Ona dəstək verən Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubovdur. Onların əsas məkrli planı Azərbaycan Prezidenti İlham Əliyevi dəstəkləyən xaricdəki diaspor təşkilatlarını məhv edərək prezidentin mövqeyini zəiflətməkdir. 48 kitabı tərcümə elətdirərək nəşr etdirib pulsuz yayan fondun rəhbərinin hansı şəxsi marağından söz açmaq olar? Ulu Öndər Heydər Əliyevin irsinin, İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti öz vəsaiti hesabına təbliğ edən, Parkı öz vəsaiti hesabına salmaq istəyən bir insanın nə marağı ola bilər? Belə dezinformasiyalarla fondu aşağılamağa çalışan Hidayət Orucovun fikri əslində aydındır. Zira bu yersiz ittihamlar səfirə yaraşmayan və Azərbaycanı aşağılayan bir hərəkət, eyni zamanda hörmətli Prezidentimizin seçkiqabağı imicinə xələl gətirməkdir. Başqa ad verə bilmirəm buna. Görünən kəndə nə bələdçi. Hər şey gün kimi ortada. Yoxsa "hörmətli səfirimizin" marağı nədir burda. Ulu öndər H.Əliyevin 90 illiyi ilə əlaqədar Bişkekdə 29 kitabxanada eyni vaxtda sərgi keçirdik və 29 kitabxanaya fondun Bişkekdə Ulu Öndərimiz Heydər Əliyev və İlham Əliyevin apardığı uğulu xarici və daxili səyasəti özündə əks etdirən kitabları hədiyyə etdik. Neçə illərdir xalqımızn ləyaqətli oğullarını xaricdə tanıtmaq, Orta Asiya xalqalarına təqdim etmək üçün çox işlər görmüşük. Bir sözlə, bu yolda can-başla xidmət edirik. Buna dəyər vermək əvəzinə səfir Qırğıızstan KQB-sinə bizdən şikayət verir. Əhsən vallah, belə qardaşlığa, belə millətpərəstliyə, belə vətənpərvərliyə! Mənim dəfələrlə hörmətli Prezidentimizlə, akademik Ramiz Mehdiyevlə görüşüm olub, onlar fondun gördüyü işləri yüksək qiymətləndiriblər. Amma çox təəssüf ki, səfir H. Orucov öz şəxsi mənafelərini üstün tutaraq məni və rəhbərlik etdiyim qurumu ittiham edir... Özü də iki səhifəlik şikayət yazıb məndən. Əhsən vallah. Kim nə deyər bizdə olan qeyrətə. Onu da əlavə edim ki özlərinin üstündəki çamuru atsalar da o çamur mənə yapışmaz. Mən kiminsə vəsaiti ilə yox, öz vəsaitimlə keçirirəm tədbirləri, kitabları tərcümə elətdirirəm, nəşr elətdirirəm və paylayıram. Hər hansı qurumun pulunu mənimsəmək üçün müxtəlif saxta sənədlər toplamıram. Mən hesabatı ancaq özündən özümə verirəm"
Fondun rəhbərinin DMTK-ə çağrılmasının əsas səbəbi öz hüquqlarını qorumaq istəməsidir. Belə ki Fondun rəhbəri Park üçün torpaq sahəsinin ayrılmasında öz müəlliflik hüququnu Yaqub Eyyubov tərəfindən əlindən alınmasına etiraz olaraq onun portretini yandırmaq istəməsidir. Belə ki Yaqub Eyyubov Qırğızstan Azərbaycan hökumətlərarası komissiyanın həmsədri olaraq 29-30 aprel 2012 ci ildə Bişkekdə olmuşdur. Həmin il aprel ayının 6 da artıq Park üçün torpak sahəsi, Fondun ərizəsi və maliyə dəstəyi ilə, ayrılmışdı. Qırğızstan Azərbaycan hökumətlərarası komissiyanın protokolunda Bişkekdə Heydər Əliyev Parkının salınması öz əksini tapmışdır. Yaqub Eyyubov Azərbaycanın rəsmi qurumlarına məruzə edir ki Park üçün torpaq sahəsini o həll edib. Qırğızstan tərəfini həmsədri ilə görüşü zamanı ?Hansısa bir fondun lazım olmadığını? bildirib. Qarabağa iddialı Ermənilərin Azərbaycana qarşı işlətdiyi taktikaya bənzəmirmi? DMTK-də izahat verən Nüsrət Məmmədov hüquqları bərpa olunanadək qanun çərçivəsində mübarizə aparmaqda israrlı olduğunu bildirmişdir. O bildirmişdir ki dinc mitinqlərin keçirilməsi üçün Bişkek şəhəri rəsmi qurumlarına müraciət edəcək. Mitinq zamanı təkcə Yaqub Eyyubovun yox, həm də Azərbaycanın Qırğızstandakı səfiri, Yaqub Eyyubovun züy tutanı. Hidayət Orucovun da etiraz olaraq portretlərini yandıracaq. O Azərbaycan Prezidenti cənab İlham Əliyevin nəzərinə çatdırmağa çalışacaq ki ilk gündən özünü kompremetirovat edən səfiri geri çağırsın və səfir təyin edəndə yerli qanunçuluğu və mentaliteti bilən şəxslərə üstünlük verilsin. Bundan başqa fondun sədri Mətbuat konfransları verərək bu məsələni ictimailəşdirmək, məhkəmədə iddia qaldıraraq öz hüquqlarını bərpa etmək fikrindədir. Ən maraqlısı isə odur ki Fondun sədri məhkəmədə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovun ifadəsi alınması üçün vəsatət qaldıracaq.
DMTK da dindirilərkən onunla necə rəftar etdilər, sualına. Məni DMTKnın yüksək vəzifəli və yüksək rütbəli şəxsləri dindirdi. Mənə qarşı özlərini çox mədəni və alicənab apardılar. Sənədlərlə Park üçün torpaq sahəsinin ayrılmasında öz müəllifliyimi sübut edəndə hər şeyi başa düşdülər və təəssüf hissi keçirdilər. Onların bir sözü oldu ??Niyə belə olmalıdır?!?