iranda həbs edilən 3 azərbaycanlı azadlığa buraxıldı

img

07-05-2013 [01:11]


izdə Azərbaycan Respublikasının iki vətəndaşı ilə birlikdə həbs edilmiş 4 azərbaycanlı fəaldan 3-ü azadlığa buraxılıb. APA-nın ?Oyannews?a istinadən verdiyi məlumata görə, bunlar aşıq İsa Qaraxanlı, Təbriz Azad Universitetinin tələbəsi Əmir Hadiyan və Fərhadi soyadlı şəxsdir. Fərhadi soyadlı şəxsin İran Qızıl Aypara Cəmiyyətinin Təbrizdəki aptekinin müdiri olduğu bildirilir. Hər üç azərbaycanlı fəal mülk girovu qoymaqla mayın 6-da azadlığa çıxıb. Azadlığa buraxılmış şəxslərə qarşı hakimiyyət əleyhinə təbliğat aparmaq ittihamı irəli sürülüb. Qeyd edək ki, hər üç şəxs AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, Şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və sürücüsü Şamxal Hüseynovla birlikdə aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub. Onlar Oqtay Rəşidinin anasının doğum günü və İranda Analar Günü münasibətilə onun ata evinə toplaşıblar. Ancaq ETTELAAT əməkdaşları evə basqın edib, azərbaycanlı fəala məxsus kitabları, kompüteri və bir sıra şəxsi əşyaları müsadirə ediblər, onların özlərini isə tutaraq naməlum istiqamətə aparıblar. Hazırda Azərbaycan Respublikasının iki vətəndaşının və azərbaycanlı fəal Məhəmməd Rəşidinin harada saxlanıldıqları məlum deyil.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA