Rəsmi Tehran AMEA-nın izçisi ilə bağlı məlumat yaydı: "Xalidə Xalid..."

img

04-05-2013 [07:54]


Azərbaycan vətəndaşları İranda qanunsuz hərəkətlər və qanundankənar görüşlərin keçirilməsinə görə saxlanılıblar. Mia.az Trend-ə istinadən xəbər verir ki, bu barədə İranın İSNA agentliyi İranın Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat verir. Məlumata görə, İran XİN-dəki mənbə bildirib ki, məhkəmə onlara qarşı irəli sürülən ittihamları araşdırır. Qeyd edək ki, bir neçə gün öncə İranda Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu bu qurumun Xarici ölkələr ədəbiyyatı və xarici ədəbi əlaqələr şöbəsinin elmi işçisi Xalidə Xalid və onun sürücüsü Şamxal Hüseynov ETTELAT tərəfindən saxlanılıblar. Azərbaycan tərəfi bununla bağlı İrana nota verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA