Azərbaycanla bağlı yeni hesabat

img

02-05-2013 [12:30]


?Freedom House? beynəlxalq insan haqları təşkilatı dünyada mətbuat azadlığı ilə bağlı yeni hesabatını yayıb. Hesabat dünya ölkələrində siyasi və vətəndaş azadlıqlarının səviyyəsini dəyərləndirib. Dünyanın 197 ölkəsində aparılan müqayisəli təhlilin nəticəsinə görə, 63 ölkə ?azad mətbuat?, 70 ölkədə ?qismən?, 64-ü isə ?azad olmayan? mətbuat kateqoriyasına daxil edilib. Təşkilatın bu dəfəki hesabatında Azərbaycan 82 balla ?azad olmayan ölkələr? cərgəsindədir. Bakı əvvəlki göstəriciləri ilə müqayisədə 2 bal geriləyib. Hesabatın müəllifi Karin Karlikarın sözlərinə görə, bu, Azərbaycanda jurnalistlərə qarşı təzyiqlərin artması və informasiyanın əldə edilməsi ilə bağlı qanunvericilikdə edilən düzəlişlərlə bağlıdır. Ermənistan isə bu hesabatda 4 bal irəliləyərək 61 balla ?azad olmayan?lar sırasındadır. Onun ?qismən azadölkələr? sırasına qatılması üçün cəmi bir balı çatmır. ?Qismən azad ölkələr? sırasında olan Gürcüstan isə 3 bal irəliləyib. Hesabatda ən pis nəticələri Türkmənistan və Şimali Koreya göstərib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA