Fələstin israil hərbi bazalarını vurdu

img

01-05-2013 [10:01]


#601;stinin Əl-Əhər hərəkatının Ənsar hərbi briqadaları Qəzza ilə sərhəddə İsrailin üç həbi bazasını raketlə vurub. Ənsar yetkililərindən verilən yazılı şərhdə, İsrailin Holat, Kerem Şalom və Nir Yitzhak bazalarına beş ədəd raket atdıqları qeyd edilir. Şərhdə, raketlərin İsrailin bir fələstinlinin ölümünə səbəb olan hava hücumuna cavab məqsədilə atıldığı, bunun hələ başlanğıc olduğu bildirilib. Bundan başqa, Ənsar yetkililəri bildiriblər ki, İsrailə bundan sonra da etdikləri bütün hücumların cavabı veriləcək. İsrail tərəfi hələlik mövzu ilə bağlı heç bir şərh verməyib. Qeyd edək ki, İsrail ordusunun aprelin 30-u səhər saatlarında Qəzzanın şimalındakı Əl-Muhaberat bölgəsində təşkil etdiyi hava hücumu zamanı bir nəfər fələstinli həyatını itirib. musavat.com

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA