Saakazvili 2008 müharibəsinin gizlinlərini açıqladı

img

18-04-2013 [02:39]


Gürcüstan prezidenti Mixail Saakaşvili 2008-ci il Rusiya-Gürcüstan müharibəsində ABŞ-ın rolu ilə bağlı KİV-ə məlumat verib. Onun sözlərinə görə, Vaşinqton Qara dəniz sahilinə raket kreyseri göndərdikdən sonra ?ruslar geri çəkilərək Gürcüstanı zəbt etməkdən ideyasından imtina ediblər?. Bundan əlavə, Rumıniyadakı Amerika bazasına 16 ədəd F-16 qırıcısı göndərilib. NATO-nun Türkiyədəki bazası isə döyüş hazırlığına gətirilib. Gürcüstan lideri həmçinin bildirib ki, Rusiya ordusu artıq Tbilisiyə gələndə ABŞ-ın o zamankı prezidenti Corc Buş (kiçik) ona zəng edib vəziyyətlə maraqlanıb. O, isə Buşa belə cavab verib: ?Mən sabah olmaya bilərəm. Ancaq zənnimcə, siz özünüzü yaxşı hiss etməməlisiniz. Sovet İttifaqı sizin atanızın idarəçiliyi dövründə dağıldı və əgər sizin prezidentliyiniz dövründə Rusiya ordusu Tbilisiyə daxil olarsa, Sovet İttifaqı bərpa olunacaq. Tarixdə sizin haqqınızda nə yazılacağını düşünürsünüz??. Bu dialoqdan sonra ABŞ Tbilisiyə hərbi yardım göndərib. Daha sonra Saakaşvili deyib ki, ABŞ-ın keçmiş dövlət katibi Kondaliza Rays onu Rusiya ilə müharibəyə qoşulmamaq üçün razı salmağa çalışıb. O isə cavab verib: ?Biz qoşulmuruq, Kondi, əzizim, əgər bütün hallarda onlar daxil olsalar, siz nə edəcəksiniz?? (?Turan?).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA